Əsas Səhifə > Sosial, Manşet > Nazir oğlundan yeni 30 milyonluq layihə

Nazir oğlundan yeni 30 milyonluq layihə


7-07-2015, 10:17
Nazir oğlundan yeni 30 milyonluq layihə
DİA.AZ: - Bir yandan çöküşü, Müflisləşməsi, gedişi xəbərləri yayılan nəqliyyat naziri Ziya Məmmədovun əslində hansısa böhranla üz-üzə olmadığı məlum olur. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər informasiya xəbər verib.

Qaynağın iddialarına görə, Ziya Məmmədovla bağlı deyilənlərin həqiqət payı olduqca azdır: "Doğrudur, NN şefi hədəfdədir. Amma yazılanların əksəriyyəti yalandır".

Ziya Məmmədovun hansısa obyektlərini satışa çıxarmasına da aydınlıq gətirən mənbə dia-az.life-a maraqlı faktları açıqladı: "Hansısa satış qərarı verilməyib. Əksinə bu gün Ziya Məmmədovun oğlu Anar Məmmədov obyektlərinin sayını artırır. Beynəlxalq Avtovağzalın yaxınlığında ölkəmizə avtobusla gələcək turistləri ön qarşılama üçün böyük bir ərazidə istirahət mərkəzi tikilir. Həmin istirahət mərkəsindəki koteclərdə bahalı hamam-sauna kompleksi də quraşdırılmaqdadır. Nazir oğlu bu layihə üçün ən azından 30 milyonluq büdcə ayırıb".

Geri qayıt