Əsas Səhifə > Sosial, Manşet > İki icra başçısı ilə bağlı yeni faktlar ortaya çıxıb
İki icra başçısı ilə bağlı yeni faktlar ortaya çıxıb2-07-2015, 10:05 |
Sabiq polis polkovniki Əbülfəz Əliyev Xəzər Aslanov və İsmayıl Vəliyevin qohumu Rövşən Aslanovun ondan aldığı külli miqdarda pulun aqibəti ilə bağlı açıqlama verəcək Bir müddət əvvəl xəbər vermişdik ki, ehtiyatda olan polkovnik Əbülfəz Əliyev bir qrup yüksək çinli məmur tərəfindən haqsızlığa məruz qalıb. JAM.AZ-a daxil olan məlumata görə, həmin haqsızlıq Xızının icra başcısı Xəzər Aslanovun qardaşı, Neftçalanin icra başcısı İsmayıl Vəliyevin qayını və şəriki, Fövqəladə Hallar Nazirliyində dələduzluq əməllərinə görə xidmətdən qovulmuş “polkovnik” Rövşən Qəşəm oğlu Aslanov tərəfindən edilib. Əliyevin iddiasına görə, Rövşən Aslanov xarici vətəndaşlarla qabaqcadan əlbir olaraq onun və digər qohumlarına məxsus altı ailənin mülklərini satdıraraq və banklara girov qoyub. Əvəzində isə küllü miqdarda pul vəsaitini mənimsəyib. «Bugunə qədər adları yuxarıda qeyd olunan icra başcıları və Rövşən Aslanovun digər himayədarları bu məsələni hüquq-mühafizə orqanları tərəfindən obyektiv araşdırılmasına mane olurlar». Dünən JAM.AZ-a məlumat göndərən sözügedən şəxs bildirib ki, yaxın günlərdə üzləşdiyi vəziyyətlə əlaqədar yeni faktlar açıqlayacaq. Onun sözlərinə görə, bununla bağlı bütün bilgilərini mətbuatda yayımlayacaq. Deyilənlərdən belə başa düşülür ki, ortada kifayət qədər qalmaqal yaradacaq məlumatlar var. Geri qayıt |