Əsas Səhifə > Sosial, Manşet > "ZamniBank"ın Ucar filialında kredit saxtakarlığı...

"ZamniBank"ın Ucar filialında kredit saxtakarlığı...


30-06-2015, 09:39
"ZamniBank"ın Ucar filialında kredit saxtakarlığı...
DİA.AZ: - Ucar rayonu Koroğlu küçəsi ev 25 sakini Fətalıyev Məzahir Mikayıl oğlu DİA.AZ-a şikayət ərizəsi ilə müraciət edib. Narazı vətəndaş yazır:

""Zaminbank" ASC-nin Göyçay filialının Ucarda yerləşən 18 nömrəli şöbəsinin Ziya adlı müdiri mənim xəbərim olmadan saxta sənədlər tərtib edərək kredit müqaviləsində məni zamin kimi göstərməklə ciddi qanunsuzluq etmişdir ki, bu cinayət əməlidir. Belə ki, 2014-cü il tarixdə Ucar rayon sakini Elman Daşdıyevin "Zaminbank" ASC-nin Göyçay filialının 18-ci şöbəsindən kredit götürmüşdür ki, həmin vaxt zaminlik müqaviləsinə imza etmişdim. Ancaq həmin krediti Elman Daşdıyev ödəmiş və yenidən "Zaminbank"ASC-nin Göyçay filialının 18-ci şöbəsindən götürdüyü kredit müqaviləsində mənim zaminliyimi xəbərim olmadan qeyd edib əvəzimə imza edilmişdir.Bütün bu saxtakarlıqları , özbaşınalıqları "Zaminbank" ASC-nin Göyçay filialının 18-ci şöbəsinin Ziya adlı müdiri etmişdir".

Daha sonra narazı vətəndaş dia-az.life-a yazır: "Elman Daşdıyev kreditin ödənilməsini gecikdirdiyi üçün "Zaminbank" ASCnin Göyçay filialı tərəfindən 19.06.2015-ci il tarixli məktubla bildiriş həm kredit götürən şəxsə və mənə təqdim edilmişdir.Yalnız bundan sonra mənə məlum olub ki, "Zaminbank" ASC-nin Göyçay filialının 18-ci şöbəsinin Ziya adlı müdiri saxtakarlıq edib mənim xəbərim olmadan zamin kimi kredit müqaviləsinə adımı qeyd etmişdir.Mən bu barədə həmin şəxsə bildirdik də Dövlət Sosial Fondundan arayış təqdim edildiyini bildirdi.

Ancaq bir daha bildirirəm ki, mən "Zaminbank" ASCnin Göyçay filialının 18-ci şöbəsi ilə vətəndaş Daşdıyev Elman Nəsrəddin oğlu arasında ikinci dəfə bağlanılmış kredit müqaviləsində zaminlik etməmişəm, həmin müqaviləyə mənim əvəzimə imza edilib, hər hansı arayış təqdim etməmişəm, həmin arayış əgər varsa tam qanunsuzdur.Bu cinayət faktının araşdırılıb"Zaminbank" ASC-nin Göyçay filialının Ucarda yerləşən 18 nömrəli şöbəsinin Ziya adlı saxtakar müdiri barəsində qanuna müvafiq tədbirlər görülməlidir.Mən bu cinayət əməli barədə hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişəm. Nəticəni gözləyirəm".

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

"ZamniBank"ın Ucar filialında kredit saxtakarlığı...

Geri qayıt