Əsas Səhifə > Sosial, Manşet > Cahangir Hacıyevin "torbasını kim tikib"?

Cahangir Hacıyevin "torbasını kim tikib"?


29-06-2015, 10:31
Cahangir Hacıyevin "torbasını kim tikib"?
Beynəlxalq Bank ətrafında baş verənlərlə bağlı ilginc məlumatlar var. Cahangir Hacıyevin hədəfə gəlməsi maliyyə naziri Samir Şərifovla onun arasında baş verən konfliktin təzahürüdür.
Uzun müddətdir ki, Beynəlxalq Banka tam nəzarəti ələ keçirmək istəyən Samir Şərifovun Cahangir Hacıyevlə bağlı yuxarı dairələrə hansısa faktlar təqdim etdiyi bildirilir.
Baş verənlər də əslində, bu faktların araşdırılmasıdır. Nəticədə isə Beynəlxalq Bankın kreditləri hesabına yaradılan və qeyri-neft sektoruna aid olan müəssisələrə ciddi zərbə dəyib.
Məlumat üçün deyək ki, Beynəlxalq Bankla bağlı “kredit qalmaqal”ı Cahangir Hacıyevin nəzarətində olan “Şəki İpək”, “Bakfem”,(fındıq emalı zavodu) “BOT” (bu müəssisə ayaqqabı istehsal edir), o cümlədən tütün istehsalı ilə məşğul olan müəssisələrin faktiki olaraq fəaliyyətinin dayandırılmasına səbəb olub.

Geri qayıt