Əsas Səhifə > Sosial, Manşet > Bakı Apellyasiya məhkəməsinin işçiləri Suraxanı rayon məhkəməsinin ünvanını bilmirlər?

Bakı Apellyasiya məhkəməsinin işçiləri Suraxanı rayon məhkəməsinin ünvanını bilmirlər?


30-03-2015, 09:59
Bakı Apellyasiya məhkəməsinin işçiləri Suraxanı rayon məhkəməsinin ünvanını bilmirlər?
DİA.AZ: - “Azəriqaz”la məhkəmə çəkişməsində olab vətəndaş Nağı Allahverdi Əli oğlu DİA.AZ-a məhkəmə işçilərindən giley edən müraciətini yollayıb. Vətəndaş redaksiyamıza yolladığı müraciətində maraqlı faktı da açıb:

“5 mart 2014-cü il tarixdə Bakı şəhəri Apellyasiya məhkəməsinin mülki kollegiyası tərəfindən çox hörmətli hakim Məmmədov Məmməd Allahverdi oğlunun sədrliyi ilə qızımın işə bərpasıyla bağlı 28 noyabr 2014-cü il tarixdə çıxartmış olduğu qərar tam qüvvəyə mindikdən sonra poçt vasitəsiylə SS 222807341 AZ saylı kodla Suraxanı rayon məhkəməsinin icra şöbəsinə göndərilmək əvəzinə, nədənsə 7-ci mikrorayonda hansısa bir vətəndaşın ünvanına göndərilib.

Həmin vətəndaş ayın 10-da bizə aid olan icra vərəqini alıb və SS 222807355 AZ nömrəli xəbərnaməni imzalayaraq onlara qaytarıb. Həmin xəbərnamə də ayın 12-də apellyasiya məhkəməsinə çatdırılıb.

Mən düşünürəm ki, bu adi qüsur deyil. Belə səhv ola bilməz. Güman edirəm ki dəftərxana “Azəriqaz”la birləşib işbirliyinə girərək işi yubadmaqdan ötrü bu oyuna gedib. Mən burdan müraciət edib bütün jurnalistlərədən və aidiyyatı qurumlardan xahiş edirəm, bununla bağlı bacardığınız köməkliyi məndən əsirgəməyəsiniz”.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt