Əsas Səhifə > Sosial / Manşet > Hakimiyyət В«dollar sınağındanВ» yaxşı çıxmayan oliqarx-məmurları cəzalandıracaq

Hakimiyyət В«dollar sınağındanВ» yaxşı çıxmayan oliqarx-məmurları cəzalandıracaq


16-03-2015, 11:32
Hakimiyyət В«dollar sınağındanВ» yaxşı çıxmayan oliqarx-məmurları cəzalandıracaq
DİA.AZ: - В«Novruz bayramından sonra hakimiyyət çox böyük dəyişikliklərə start verəcəkВ». Bunu DİA.AZ-a hökumətdəki mənbə В«nədən anonsu verilən kadr islahatları yubanırВ» sualımızı cavablandırarkən deyib.

Xəbəri verən qaynaq iddia edir ki, həm icra başçılarının və həm də bir sıra məmurların yola salınması prosesi məhz bayramdan sonraya ertələnib.

Mənbənin diaaz.space-a söylədikləri: В«Əslində dəyişikliklər labüddür. Hakimiyyət bir ildən artıqdır ki, müəyyən siyasi və iqtisadi çevrələri cəzalandırmağı qəsd edib. Elə son olaraq dollarla bağlı yaranmış problem zamanı da bəzi oliqarx-məmurlar özlərini В«yaxşı aparmayıblarВ» ki, bu da В«yuxarılarВ»ın diqqətindən yayınmayıb.

Gözlənilən ələmə prosesində oliqarx-məmurların və onların çevrələrinin sərt formada cəzalandırılacağı müşahidə olunacaqВ».

Geri qayıt