Əsas Səhifə > Sosial, Manşet > Heydər Əsədov mühüm bir postda dəyişikliyə hazırlaşır

Heydər Əsədov mühüm bir postda dəyişikliyə hazırlaşır


17-02-2015, 09:14
Heydər Əsədov mühüm bir postda dəyişikliyə hazırlaşır
Heydər Əsədov kənd təsərrüfatı naziri təyin olunandan sonra sistemdə ciddi kadr islahatları həyata keçirdi. Nazirliyin yanında olan Dövlət Fitosanitariya Nəzarəti Xidmətinin rəisi Məmmədəli Dünyamalıyev vəzifəsindən azad olundu, digər qurumun- Dövlət Baytarlıq Nəzarəti Xidməti ( DBX ) rəisinin müavini Cavid Hadıyev vəzifəsindən azad olundu.
Bir müddət əvvəl nazirin sərəncamı ilə DBNX-nin digər rəis müavini Emin Şahbazov vəzifəsi ilə vidalaşdı.
Bu gün redaksiyamnıza daxil olan məlumata görə, yaxın günlərdə nazir Heydər Əsədov DBNX-nə yeni rəis müavini təyin edəcək.
Möhtəbər mənbəmiz bildirdi ki, həmin şəxsin kimliyi artıq məlumdur, hətta ixtisası zootexnikdir.
Müxbirimiz DBNX ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirmək istəyib.
DBNX-dən bildirilib ki, yaxın günlərdə nazir bu təyinatla bağlı sərəncam imzalayacaq.
\\ qafqaznews.az \\
Geri qayıt