Əsas Səhifə > Sosial, Manşet > Bakıda orta mətəbdə daha bir dəhşət: 18 saylı məktəbin müəllimləri şagirdi ölümünə tərk etdilər

Bakıda orta mətəbdə daha bir dəhşət: 18 saylı məktəbin müəllimləri şagirdi ölümünə tərk etdilər

27-01-2015, 10:27
Bakıda orta mətəbdə daha bir dəhşət: 18 saylı məktəbin müəllimləri şagirdi ölümünə tərk etdilər
DİA.AZ: - Bakının daha bir orta məktəbində dəhşətli hadisə yaşanılıb. Redaksiyamıza müraciət edən Bakının Yasamal rayonu sakini Anar Məmmədov bildirir ki, keçən həftənin cümə günü Yasamal rayonunun 18 saylı orta məktəbində qardaşı oğlu Məlikov Əli müəllim biganəliyi nəticəsində ağır duruma düşüb.

Anar Məmmədovun DİA.AZ-a söylədikləri: «Keçən həftənin 5-ci günü 18 saylı orta məktəbin 4-cü sinfində oxuyan qardaşım oğlu Əli Məlikov digər sinif yoldaşları ilə oynayarkən təsadüfən yıxılıb və başından ağır xəsarət alıb.

Acınacaqlı orasıdır ki, bunu görən müəlliməsi Sevda Cavadova uşağın valideynlərinə heç bir xəbər etməməsi bir yana, hətta ona gərəkən yardımın göstərilməsini də yubadıb».

Bakıda orta mətəbdə daha bir dəhşət: 18 saylı məktəbin müəllimləri şagirdi ölümünə tərk etdilər

Anar Məmmədov dia.az-a bildirib ki, hadisədən 18 saylı orta məktəbin direktoru Səkinə Məmmədova da xəbərdar olsa da, o da baş verənlərlə bağlı şagirdin valideynlərini, yaxınlarını məlumatlandırmayıb: «Nəticədə uşağın vəziyyəti daha da ağırlaşıb. İndi onun səhhətindən narahatıq. Bu nə özbaşınalıqdır. Məgər biz övladlarımızı məktəblərdə Allahın ümidinə buraxırıq?»

Anar Məmmədovun sözlərinə görə, dünən şagirdin valideyni məktəb direktorunun yanında olub: «Biz bu hadisənin bu şəkildə ictimailəşdirilməsinin də tərəfdarı deyildik. Amma məktəb direktorunun valideynə verdiyi cavab bizi dəhşətə gətirdi. Təsəvvür edin, Səkinə Məmmədova övladı barəsində narahat olan anaya «mən sizin uşaqlarınızı güdməliyəm» deyərək valideyni haqsız çıxarmağa çalışıb. Yəni məktəb direktoru, müəllimlər orta məktəbdə olarkən şagirdlərin durumun cavabdeh deyillərmi?»

Anar Məmmədov dia.az vasitəsilə təhsil naziri Mikayıl Cabbarova da müraciət etdi: «Cənab nazir! Bu gün orta məktəblər az qala şagirdlər üçün qəsd yerinə çevrilib. Biz demirik ki, burada məqsədli nəsə var. Amma müəllim adına yaraşmayan insanlara uşaqlarımızın taleyini tapşıra bilmirik».

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt