Əsas Səhifə > Sosial, Manşet > Ağsu icra başçısının adamları 2-ci qrup əlili ölümlə hədələyirlər

Ağsu icra başçısının adamları 2-ci qrup əlili ölümlə hədələyirlər


16-01-2015, 09:16
Ağsu icra başçısının adamları 2-ci qrup əlili ölümlə hədələyirlər
BTV-yə(Bolgexeber.TV) daxil olan məlumata görə Ağsu rayonunda yenə də məmur özbaşınalığı hökm sürür. Belə ki, Ağsu rayon sakini ikinci qrup əlil olan Hüseynov Şənliyin müraciəti əsasında bildirir ki,onu icra başçısı ölümlə hədələyib. Buna səbəb 2-ci qrup əlili Əmək və əhalinin sosial müdafiəsi mərkəzinin rayon söbəsindən aldığı müavinətin kəsilməsi olub.

Onun yenidən bərpası üçün Mərkəzin direktoru Əliyunis və onun işçisi Agaxəlil mühasibimizdən 300 manat rüşvət tələb ediblər. Lakin buna maddi imkanı çatmayan vətəndaş icra hakimiyyətinə üz tutub.Nəticədə icra başçısı vətəndaşa kömək etmək əvəzinə “səni maşınla vurub öldürtdürərəm” sözləri ilə hədələyib.

Musahibimizin sözlərinə əsaslansaq belə bir nəticəyə gəlmək olar ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov,onun dayısı Ağsu rayon başcısı Ənvər Seyidəliyev və onun ətrafında birləşən məmurlar rayonda at oynadırlar.

Məsələylə bağlı Ağsu rayon əmək və əhalinin sosial mudafiəsi mərkəzinin direktoru Əliyunus Mütəllimovla əlaqə saxladıq.O qısa və konkret cavab verdi və şikayətçini öldürəcəyini bildirməklə yanaşı təhqir etməkdəndə belə çəkinmədi..



Geri qayıt