Əsas Səhifə > Sosial, Manşet > «Auto Azerbaijan» müştərisinin başına hansı oyun açıb?

«Auto Azerbaijan» müştərisinin başına hansı oyun açıb?


11-12-2014, 09:53
«Auto Azerbaijan» müştərisinin başına hansı oyun açıb?
Azərbaycanda «Hyundai» və «Chraysler» kimi məşhur markaların satış mərkəzi olaraq tanınan «Auto Azerbaijan» şirkətindən ştikayət var. Həmin şikayəti edən Sərxan Məmmədov JAM.AZ-a yazır ki, adıçəkilən şirkət məsuliyyətsiz olmaqla yanaşı, həm də səhlənkarlığı ilə də ona əziyyət verir.

Məmmədov deyir ki, bu şirkətin 9 ildir müştərisidir və bir xeyli «Hyundai Sonata» markalı maşın sürüb. 2012-ci ildən etibarən isə «Auto Azerbaijan»ın Azərbaycana gətirdiyi «Chraysler» markalı avtomobilə sahib olub. Əvvəlcə C200 modelini sürsə də, sonradan onu C300 modeli ilə əvəzləyib. «Mən bu maşını aldıqdan sonra bu şirkətin servis xidmətinin hansı səviyyədə bərbad, işçilərinin isə qədər savadsı olduqlarına şahid oldum. Məsələn, aldığım avtomobil 21 000 km yol getdikdən sonra təkərin «opornı» hissəsində problem olması səbəbindən onlara müraciət etsəm də, bunun zəmanətdən kənar olduğunu bildirdilər».

Şikayətçi əsas məsələnin bu deyil, bir neçə gündür üzləşdiyi durum olduğunu vurğulayır. JAM.AZ-a danışan Sərxan Məmmədov qeyd edir ki, bu il ərzində maşının lyuk hissəsində səs-küy olduğundan onu düzəltdirmək üçün şirkətin servisinə müraciət edib. «Bu məqsədlə 54 manatımı da aldılar. Halbuki avtomobilin zəmanət müddəti bitməyib. Səs kəsmədiyi üçün 6 dəfə sevrisə müraciət etdim və hər dəfəsində də «düzəltmişik» deyib yola saldılar. Sonunda isə bui şin öhdəsindən gələ bilmədiklərindən ödənişi geri qaytardılar».

O bildirir ki, bu olayın üzərindən 15 gün keçdikdən sonra onu yenidən servisə müraciət etmək üçün çağırıblar. «Yaranmış səsi 3 gün ərzində aradan qaldıracaqlarını dedilər. Amma günlərdir ki, məsələ həllini tapmayıb».

Sərxan Məmmədovu təəccübləndirən əsas məsələ lyükü təmir olunan avtomobilinin qabaq şüşəsinin sınması və arxa qapısının isə əzilməsidir. «Bu gün (dünən-red.) təsadüfən servisə gəldim. Gördüm ki, maşının qadaq şüşəsi işçilərin məsuliyyətsizliyi üzündən sındırılıb. Daha sonra isə maşının arxa qapısının da əzildiyini görüb, nə baş verdiyini soruşdum. Cavbaları bu oldu ki, işçi məsuliyyətsizlik və səhlənkarlıq edib. Və problem aradan qaldırılacaq».

Şikayətçi bildirir ki, o, şirkətdən şikayət edən ilk müştəri deyil. Ondan başqa onlarla insan eyni vəziyyətdən dolayı «Auto Azerbaijan» şirkətinə iradını çatdırıb. «Lakin bunların heç bir xeyri olmayıb. Mən «Auto Azerbaijan» şirkətindən tələb edirəm ki, avtomobilimi tezliklə təmir edib, özümə qaytarsınlar. Və avtomobilimə dəymiş zərər tam ödənilsin».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt