Əsas Səhifə > Sosial, Manşet > Hakimiyyət böyük kadr islahatından nədən imtina etdi?

Hakimiyyət böyük kadr islahatından nədən imtina etdi?


9-12-2014, 11:37
Hakimiyyət böyük kadr islahatından nədən imtina etdi?
DİA.AZ: - Hələ bu ilin əvvəllərində belə bir rəy yaradıldı ki, hakimiyyət özünün kardinal kadr dəyişikliklərini ilin sonlarına saxlayıb. Həmin xəbərlərdə qeyd olunurdu ki, hətta iki nazir və iki komitə sədri də vəzifələrini itirəcəklər. Eyni zamanda 20-yə yaxın rayon icra hakimiyyəti başçısının vəzifələrindən azad ediləcəkləri söylənilirdi.

Amma hələlik bunların heç biri müşahidə olunmur. Kadr dəyişiklikləri isə daha çox mövsümi xarakter daşıdığından elə də böyük ajiotajla müşaiyət olunan hər hansı yenilik müşahidə olunmur. Nə baş verir? Yoxsa hakimiyyət böyük dəyişkliklər qərarından imtina edib?

Bununla bağlı DİA.AZ-a danışan Nazirlər Kabinetindəki mötəbər mənbənin söylədiyinə görə, əslində anons edilən böyük dəyişikliklər planlaşdırılırdı: «Lakin ertələndi. Bunun da çox ciddi nədənləri var. Böyük dəyişikliklərə o zaman gedilir ki, iqtidhar daxilindəki balansda dəyişiklik baş versin. İlin əvvəlində və ortalarında belə bir hal müşahidə olundu və nəticəsi göz önündədir.

İlin sonlarına qədər isə bu münasibətlərin daha da kəskinləşəcəyi ehtimal olunurdu. O baxımdan daha böyük dəyişikliklərin məhz qeyd olunan ərəfə təsadüf edəcəyi də proqnozlaşdırılmışdı».

Mənbə dia.az-a bildirir ki, amma yenə də dekabrın 31-nə qədər gözləmək lazımdır: «İl başa çatmayıb. Hər zaman hər şey baş verə bilər. Çünki qarşıdan gələn parlament seçkilərinə qədər hakim düşərgədəki bir sıra «problemlər» çözülməlidir. Bu isə deyilən böyük dəyişiklik üçün kifayət qədər ciddi zəmin kimi çıxış edəcək».

Geri qayıt