Əsas Səhifə > Sosial, Manşet > "Azəriqaz" işçisi dövlətin malını belə qarət edir

"Azəriqaz" işçisi dövlətin malını belə qarət edir


3-12-2014, 11:28
"Azəriqaz" işçisi dövlətin malını belə qarət edir
Heç kimə sirr deyil ki, son 15-20 ildə sovet dövründə çəkilmiş qaz, su boruları bəzi şəxslər tərəfindən kəsilib-doğranaraq baha qiymətə “metal alverçiləri”nə satılır. Bu yolla milyonlar qazananlar olub. Qısa məlumat üçün bildirək ki, sovet dövründə kəndlərimizin çoxu qazlaşdırılmışdı, eyni zamanda qaz xətləri ilə yanaşı qəzalı vəziyyət üçün nəzərdə tutulmuş ehtiyat qaz kəmərləri var idi. Sovet dövləti dağılandan sonra kəndlərin çoxuna qaz verilmədiyi üçün istifadəsiz qalan həmin qaz boruları bəziləri üçün müftə qazanc mənbəyinə çevrildi. Bunun qısa yolu belə idi. Hansısa iş adamı icra hakimiyyəti və “Azəriqaz” rəhbərliyi ilə danışır, eyni zamanda polis rəisinin də haqqını verir və….rahat şəkildə 100 km uzunluğunda və min tonlarla boruları kəsib metal kimi satırdılar. Düzdür, belə metal alverçilərinin bəziləri sonradan həbs olunublar. Ancaq bu gün də həmin proses rayonlarımızda davam edir.

Tovuz rayonunun İsakənd sakinlərindən bir neçəsi Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) müraciət edərək bildirib ki, 1988-ci ildə bizim kəndə qaz çəkilmişdir. Neçə ildir kəndimizə qaz verilmir və camaat qışın günündə əziyyət çəkir. Bu azmış kimi rayonun qaz idarəsinin işçisi Sahib köhnə qaz borularını kəsdirib KAMAZ-larla satdırır. Bu işdə ona Tovuz RİH başçısının I müavini Mahir Həsənov himayədarlıq edir.

Məsələyə aydınlıq gətirmək üçün icra başçısının I müavini Mahir Həsənovla əlaqə saxladıq. O, həmin kəndə qaz verilmədiyini təsdiq edərək bildirdi ki, 2016-2018-ci ilin planında həmin kəndə qaz çəkdimək məsələsi var. Qaz borularının kəsilib satılmasına gəlincə I müavin bunu nə təsdiq, nə də inkar edərək bildirdi ki, bu barədə rayon qaz idarəsinin rəisi Fikrət Mehdiyevlə danışın.

Rayon qaz idarəsinin rəisi şikayətdə adı keçən Sahibin kimliyinə aydınlıq gətirdi: “ Sahib qaz idarəsinin baş mühəndisidir. Qaz borularını kəsən bəzi şəxslər olub, bu barədə polisə şikayət eləmişik. Ancaq biz qaz borularını kəsib Bakıya yollayırıq.”

Qaz İdarəsinin rəisi metal tullantılarının kimə göndərilməsinə aydınlıq gətirmədi.

Gösərən, çəkisi 100 tonlarla olan metal tullantıları “kimin cibinə” gedir?

Geri qayıt