Əsas Səhifə > Sosial, Manşet > Ucarda torpaq qalmaqalı: Vətəndaşlar prezidentdən kömək istədilər

Ucarda torpaq qalmaqalı: Vətəndaşlar prezidentdən kömək istədilər


21-11-2014, 09:50
Ucarda torpaq qalmaqalı: Vətəndaşlar prezidentdən kömək istədilər
DİA.AZ: - Redaksiyamıza bir qrup Ucar sakini adından üzləşdikləri problemlərlə bağlı şikayət məktubu daxil olub. DİA.AZ olaraq narazı vətəndaşların şikayətlərini diqqətinizə təqdim edirik:

“Üzləşdiyimiz özbaşınalıq, qanunsuzluq barədə mətbuatda çıxış etmişik, ancaq hələ də haqqımıza sahıb ola bilmirik ki, buna da rayonda vəzifəli şəxslər imkan vermirlər. Öz maddi maraqlarına görə vətəndaşları üz-üzə qoyub kapital toplamaqla məşğul olan vəzifəli şəxslərin qanunsuz əməllərinə görə biz kasıb insanlar əziyyət çəkirik.

1997-ci iltarixdən qanunu qaydada aldığımız torpaq sahəmizi başqa şəxsə satıb, bizi əzaba-zülmə düçar ediblər. Belə ki qanunu qaydada aldığımız torpaq sahəmizi imkanlı şəxslər, vəzifəli şəxslərlə əlbir olub saxtakarlıqla və rüşvət hesabına əlimizdən almaq istəyirlər. Həmin torpaq sahəsini 1997-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə almışıq, 2005-ci il tarixdə Ucar bələdiyyəsindən qərar verilib və 2010-cu il tarixdə isə Dövlət Reyestri Xidmətinin 16- saylı Ərazi İdarəsindən çıxarış almışıq.

Bütün qanunu sənədlərimiz var və Sizə təqdim edirik. Bütün bunlara baxmayaraq həmin torpaq sahəmizi tam qanunsuz olaraq Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin müdiri Rafiq Hacıyev və Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarov 2014-cü il tarixdə Qasımov Etibar adlı imkanlı şəxsə küllü miqdarda rüşvətə tam qanunsuz olaraq satıblar. Bunların saxtakarlıqlarına diqqət yetirin 04 İyul 2014-cü il tarixdə Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Mehdiyevin iş otağında həmin yerin bizə məxsus olmadığı barədə saxta akt tərtib edilmiş, bizim şikayətlərimizdən sonra Torpaq və Xəritəçəkmə Komitəsinin göstərişi ilə torpağa baxış keçirilir və yeni akt tərtib edilir ki, torpağı Etibar Qasımovdan əvvəl bizə qanunu qaydada satılıb, hər iki torpaq sənədlər üst-üstə düşür.

Sual olunur ki, Ucar RİH başçısının müavini qanunu torpağımızın bizə məxsus olmadığı barədə 04.07.2014-cü il tarixdə tərtib etdiyi aktdan 2 ay sonra, 16.09.2014-cü il tarixdə tərtib edilən akt nəyə görə kəskin ziddiyət təşkil etmişdir ? Bunların məqsədi nə idi ? Məqsəd saxtakarlıqla bizi aldadıb Etibar Qasımovdan aldıqları küllü miqdarda rüşvəti mənimsəmək olmuşdur. Hazırda isə Ucar rayon məhkəməsində olan bu mübahisə üzrə ekspertiza keçirilməsi üçün sənədlər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.

Etibar Qasımov isə rayonda bütün tanışlarına deyib ki, "artıq Məhkəmə Ekspertizası Mərkəzi ilə danışıb razılaşmışam mənim xeyrimə rəy veriləcək hər şey pulun başındadır". Qeyd edək ki. həmin torpağı biz hələ 1997-ci iltarixdə Ucar Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə alanda, həmçinin Ucar bələdiyyəsindən 2005-ci il tarixdə qərar veriləndə və reyestr xidmətindən 2010-cu il tarixdə çıxarış veriləndə qanunu qaydada texniki qurğularla yerin planına baxılmışdır.

Həmin vaxtı orada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsi ölçü aparmışdır. Sonradan küllü miqdarda rüşvət alıb torpağımızı saxtakarlıqla , tam qanunsuz olaraq başqa şəxsə satıblar. Bu bizim qanunu , haqq-halal torpağımızdır. Onların gördükləri bu saxtakarlıqdan başqa , həm də cinayətdir. Biz inanmırıq ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində rüşvət yox, obyektivlik əsas götürüləcək və ədalətli rəy veriləcək.

Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya , Ədliyyə Naziri cənab Fikrət Məmmədova və Məhkəmə Ekspertizası Mərkəzinin rəisi cənab Fuad Cavadova müraciət edib xahiş edirik kasıb və qadın olmağımızdan sui-istifadə edib qanunu halal torpağımızı saxtakarlıqla başqasına küllü miqdarda rüşvətə satmış vəzifəli şəxslər barəsində qanunu tədbirlər görəsiniz və Məhkəmə Ekspertizası Mərkəzində bu iş üzrə ədalətli. obyektiv rəyin verilməsinə köməklik göstərəsiniz. Ümüdümüz Allaha və Sizədir.

1) Kərimova Nigarxanım Oktay qızı
Ucar rayonu 416-cı Taqanroq küçəsi ev 4
2) Əliyeva Kütah Məhəmmədəli qızı
Ucar rayonu Gəraybəyli kəndi

3) Hüseynova Süsanə Yusif qızı
Ucar rayonu Nərimanov küçəsi ev 19”

DİA.AZ olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt