Əsas Səhifə > Sosial / Manşet > ARDNŞ-dəki ixtisarlar dalğası sırası В«Rövnəq Abdullayevin ordusuВ»na da çatdı

ARDNŞ-dəki ixtisarlar dalğası sırası В«Rövnəq Abdullayevin ordusuВ»na da çatdı


8-10-2014, 11:37
ARDNŞ-dəki ixtisarlar dalğası sırası В«Rövnəq Abdullayevin ordusuВ»na da çatdı
DİA.AZ: - В«Dövlət Neft Şirkətində yeni ixtisarlar planlaşdırılır. Əslində bu ixtisarların olacağını ARDNŞ rəhbərliyi çoxdan anons etmişdi. Sadəcə olaraq ajiotajdan yayınmaq üçün ixtisarlar bir dəfə yox, tədricən həyata keçirilirВ». Bu məlumatı DİA.AZ-a şirkətdəki məlumatlı mənbə verib.

Sonuncu dəfə 300 ARDNŞ çalışanının işdən alındığını bildirən qaynaq iddia edir ki, yaxın günlərdə 1000-ə yaxın neft şirkəti əməkdaşının işdən atılması gözlənilir. diaaz.space-a danışan qaynağın sözlərinə görə, bu dəfə işdən atılanların böyük əksəriyyəti ARDNŞ Təhlükəsizlik İdarəsinin işçiləri olacaq.

Xatırladaq ki, hazırda sözügedən idarənin 5000-ə yaxın əməkdaşı var və görünəni odur ki, bir zamanlar В«Rövnəq Abdullayevin ordusuВ» adını alan bu idarənin də saxlanması ARDNŞ üçün əlavə vəsait problemi yaradıb.

Qeyd edək ki, ARDNŞ Tİ-nin əməkdaşlarından daha çox neft şirkətinə aid torpaqlarda qanunsuz inşaat işlərinin qarşısının alınmasında istifadə olunur. Və bu В«orduВ» özünün xüsusi amansızlığı ilə çeilir.

Geri qayıt