Əsas Səhifə > Sosial / Manşet > Adil Vəliyev bu binanın sakinləri təhlükəyə atdı
Adil Vəliyev bu binanın sakinləri təhlükəyə atdıBu gün, 09:37 |
|
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov 28 ünvanında yaşayan Gülarə Şirəliyeva 32gun.az-a bildirib ki, 1990-cı ildən yaşadığı beşmərtəbəli binanın son mərtəbəsindəki mənzili hər yağış və qar zamanı su ilə dolur. Sakinin sözlərinə görə, illərdir davam edən bu problem mənzili istifadəyə yararsız vəziyyətə salıb və evdə hər an elektrik qısaqapanması, yanğın və konstruksiya çökməsi təhlükəsi mövcuddur. Gülarə Şirəliyeva deyir ki, məsələni dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə, eləcə də icra başçısı Adil Vəliyevə çatdırsa da, heç bir tədbir görülməyib: “Üç il əvvəl problem mətbuata çıxmasına baxmayaraq, ‘kooperativ bina’ bəhanəsi ilə yola verildim. Halbuki binanın hazırda kooperativ statusu yoxdur. Kimə müraciət etməli olduğumuzu belə demirlər. Mən tək yaşayan qadınam və hər yağış mənim üçün real həyat təhlükəsi yaradır.” Sakin qeyd edir ki, evdə yaranan gölməçələr elektrik sisteminə ziyan vurur, yanğın ehtimalını artırır və beşmərtəbəli binada bu, faciəvi nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, beton panellər illərdir suya məruz qaldığı üçün hər an çökə bilər. “Beş ildir davamlı şəkildə şikayət edirik, amma heç bir qurum kömək etmir. Sanki ‘kooperativ bina’ adı ilə bizi yola verirlər. Bu artıq sadəcə kommunal nasazlıq deyil, açıq-aşkar insan həyatı üçün təhlükədir”, – deyə Gülarə Şirəliyeva bildirir. Sakin aidiyyəti qurumları məsələni təxirəsalmadan araşdırmağa, binanın vəziyyətinə baxış keçirərək təhlükənin aradan qaldırılmasına çağırır. Geri qayıt |