Əsas Səhifə > Sosial / Manşet > ƏSL DƏLİXANA: Xəstənin qızıllarını lombarda girov qoydular...
ƏSL DƏLİXANA: Xəstənin qızıllarını lombarda girov qoydular...Bu gün, 08:50 |
Dəniz klinikasında bir neçə gün əvvəl şok hadisə yaşanmışdır. "DİA-AZ" bu barədə sosial şəbəkələrə istinadla xəbər verir.
Məlumatlardan aydın olur ki, estetik əməluyyat üçün klinikaya müraciət edən Ruhanə Allahverdiyeva adlı bir xanım, əməliyyata ödəniş üçün 600 manatı çatmadığına görə, özünə məxsus olan qızıl-zinət əşyalarını girov qoymaq istəyib. Bu zaman Dəniz klinikasının təsisçisi özünün bu sahə üzrə peşəkarlaşan Fidan adlı adamını Ruhanə Allahverdiyevaya vəkil kimi təqdim edərək, “müqavilə” bağlayıblar və 8.000 manat ümumi dəyəri olan qızıl-zinət əşyalarını 600 manat qarşılığında götürüblər.
Ruhanə xanımı Sadiq adlı həkim əməliyyat edib və əməliyyatdan sonra o 600 mantı gətirib klinikaya ödəyib öz qızıllarını istəyəndə şok xəbər eşidib. Sən demə, Dəniz klinikasının təsisçisi Ruhanə Allahverdiyevanın qızıllarını lombarda qoyub və 5000 manat pul götürüb. Ruhanə Allahverdiyeva dərhal polisə müraciət edib və hazırda Binəqədi rayon Polis idarəsində şikayət üzrə araşdırma aparılır.
"DİA-AZ" xatırladır ki, analoji hadisə təxminən 2016-cı ildə Araz Salmanov adlı cərrah tərəfindən də törədilmişdi. Həmin vaxt bu hadisə ölkədə geniş rezonans yaratmışdı.
Geri qayıt |