Əsas Səhifə > Sosial / Manşet > "SOCAR-da kadr ehtiyat bazası nədən ötrüdür?"

"SOCAR-da kadr ehtiyat bazası nədən ötrüdür?"


Bu gün, 09:12

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı haqqı tapdanan Qarabağ Qazisinin müraciətini ictimailəşdirərək, əlaqədar qurum və təşkilatlardan izahat tələb edib. "DİA-AZ" xəbər verir ki, NHMT sədrinin "SOCAR-ın cənab vəzifə sahibləri, ümumiyyətlə KEB (kadr ehtiyat bazası) nədən ötrüdür ki..?" deyə sual edərək açıqladığı mətndə daha sonra qeyd olunur:
"Qarabağ veteranı İsmayılov Əli Allahverdi oğlu yazır:
Mənim oğlum imtahan verməsinə baxmayaraq vakansiyalara namizədlər açıqlanıb, oğlum cağırmayıblar. Niyə?
-Oğlum İsmayılov Elvin Əli Oğlu 2024.19.07 tarixində Goranboy rayon Qaz təsərrüfatının nəzarətçisi olaraq təmir bərpa və satış üzrə kadr ehtiyat bazasina düşüb. 2024.19.12 tarixində Gəncə şəhərində Azəriqaz İB baş direktoru cənab Azər Məmmədovun qəbulunda oldum. O da Hüseyn Şirinova tapşırıq verdi ki, işlə təmin olmağına köməklik göstərilsin. Hüseyn Şirinov da dedi ki Xaqani məllim boş yerlərin siyahısını istəyib... danışıb yerləşdirərik. 5 aydır qəbul vaxtından keçməsinə baxmayaraq hələ də nə əlaqə saxlayan, nə də ki köməklik göstərən yoxdur. 5 aydır gözləyirəm, nə zəng, nə də ki xəbər yoxdur... Oğlumdan aşağı bal yığanlar hamısı işləyir, mən xəstə adamam deyə saya salan yoxdur.
 Hara müraciət edirəm baxan yoxdur. Xahiş edirəm, oğlumun işlə təmin olmağına köməklik göstərəsiniz.
Bir ay qabaq Abşeron rayon uzrə təklif gəlib(!), oğlum da iş təklifini qəbul edib, indi baxıram ki, oğluma təklif olunan iş Abşeron rayon uzrə vakansiyalardan çıxarılıb , amma oğluma zəng gəlməyib. Sizcə bu nə dərəcədə düzgündür? Mənim oğlum imtahan keçməyinə baxmayaraq onu işlə təmin etməyiblər.

Bu da qəbuldan sonra mənə göndərikləri məktubdur.
Oğlum görə müraciət eləmişəm, mənə işə girmək yolunu göstəriblər...
Qeyd: Cənab baş direktor tapşırıq verdi, və tapşırıq "yerinə yetirildi"..."
Məsələ diqqətimizdədir.

Geri qayıt