Əsas Səhifə > Sosial, Manşet > `Sərin`dən qalan `XOLODNU` TƏƏSSÜRAT...

`Sərin`dən qalan `XOLODNU` TƏƏSSÜRAT...


18-01-2024, 10:45
`Sərin`dən qalan `XOLODNU` TƏƏSSÜRAT...
Yaşadığımız Sumqayıt şəhərində hər addımbaşı İstehlakçıların hüquqları pozulur. Yaradılmış KOBİA, DOST və s kimi bəzəkli adlara malik qurumlarda işıqlı otaqlarda oturan yaraşıqlı qalstuklu əməkdaşlar  isə sadə vətəndaşların pozulan hüquqlarının qorunması üçün heç bir tədbir görmür və gedin məhkəməyə müraciət edin deyərək işlərini bitmiş bilirlər. Hamını da məhkəməyə göndərəcəklərsə bəs onda hər yer bağlansın təkcə məhkəmələr işləsin də gərək.
Dostlarla bu günlərdə yeni ili qeyd etmək üçün normal qiymətə ucuz məkan axtararkən sosial şəbəkə resurslarında durmadan 4 şiş kabab sifariş verən müştəriyə guya özlərinin dili ilə desək 16 XOLODNU cəmi 8 azn lövhəsini  reklam edən Sumqayıt şəhəri 9 cu mikr da köhnə "Aygün" şadlıq evi adlanan yerin düz yanındakı "SƏRİN" restoranına üz tutduq və sözün əsl mənasında qarlı soyuq havada "Sərinlədik". Bu obtektin girişində də "Sərin" restoranı yazısının düz aşağısında həmin 4 şiş kabab sifariş verən müştəriyə guya özlərinin dili ilə desək 16 XOLODNU cəmi 8 azn reklam lövhəsini  gördük və bu qədər də yalan olmaz düşünərək içəri daxil olaraq arxayıncasına sifarişlərimizi etdik. Yeməkləri barədə pis bir söz deyə bilməsək də göz görə görə küçəyə istiqamətlənmiş Sumqayıt Regional Reklam İdarəsinin diqqətsizliyi ucbatından "Soyuq qəlyanaltı" əvəzinə "XOLODNU" yazaraq rəsmən camaatı aldatmaqnan məşguldurlar. 
      Sosial şəbəkələrdə və girişdə lövhə şəkilində 4 şiş kabab sifariş verən müştəriyə guya özlərinin dili ilə desək 16 XOLODNU cəmi 8 azn yazılsa da 16 şiş kabab yesək də 12 ədəd "XOLODNU" bizə 16 azn-ə başa gəldi. Etirazımızı bildirsək də artıqlaması ilə hesabı ödəyib çıxıb getdik.
       Çıxarkən biz aldandıq qoy digərləri aldanmasın deyiminə söykənərək bu yalançı və doğma ana dilimizə hörmətsizcəsinə yazılmış və asılmış bu reklam lövhəsinin və hesab vərəqinin rəsmini  xatirə olaraq çəkdik. Gerisi aidiyyatı qurumların boynuna!

Bəxtiyar Xudiyev, Sumqayıt sakini
dia-az.info

`Sərin`dən qalan `XOLODNU` TƏƏSSÜRAT...
`Sərin`dən qalan `XOLODNU` TƏƏSSÜRAT...

Geri qayıt