Əsas Səhifə > Sosial, Manşet > Bakıda yaşayan ermənilərlə bağlı şok faktlar – Onların yeri çox rahatdır, hətta vəzifədə olanları da var

Bakıda yaşayan ermənilərlə bağlı şok faktlar – Onların yeri çox rahatdır, hətta vəzifədə olanları da var


14-02-2014, 11:31
Bakıda yaşayan ermənilərlə bağlı şok faktlar – Onların yeri çox rahatdır, hətta vəzifədə olanları da var
DİA.AZ: - Məlum olduğu kimi, Bir azərbaycanlı ailəsi düşmən Ermənistan tərəfinə keçərək guya Azərbaycanda əzildiyini iddia etmişdi. Səbəb isə həmin gədənin evləndiyi qadının erməni kökənli olması imiş. Təbii ki, onun bu iddialarına nə Bakıda inandılar, nə də elə Ermənistanda. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycanda yaşayan ermənilərə güldən ağır söz deyən yoxdur. Onlar nəinki rahat həyatlarını yaşayırlar, hətta vəzifə başına da gələ bilirlər ki, bunun da zaman-zaman sübutlarını görmüşük.

O ki qaldı İrəvandan sığınacaq istəyən gədənin iddialarına, burada ümumiyyətlə hansısa məntiqdən söhbət belə gedə bilməz. Adam Ermənistan kəşfiyyatına müraciət edir ki, bəs arvadı erməni olduğuna görə, Bakıda xüsusi xidmət orqanları onu incidir. O zaman adamdan qayıdıb soruşarlar ki, arvadın özünü niyə incitmirlər? O ki birbaşa olaraq ermənidir...

Təbii ki, bütün bunlar cəfəngiyyatdır. Fakt isə faktlığında qalır. Azərbaycanda bu gün də ermənilər rahat yaşaya bilirlər. Nəinki yaşayır, hətta qayıdıb Bakıdakı evlərini məhkəmə yolu ilə geri də ala bilirlər. Bəlkə də Qarabağ probleminin həlli maraqları naminə rəsmi Bakının bu tolerantlığı məqsədəuyğundur, amma cəmiyyətimiz ermənilərə bu qədər geniş meydan verilməsindən çox narahatdır.

Bəs gerçəkdən də erməni olan azərbaycan vətəndaşlarının durumu necədir? Onlar nədən Azərbaycandan köç etmirlər. Çünki rəsmi statistika da təsdiqləyir ki, hal-hazırda ölkəmizdə Qarabağdakı erməniləri çıxmaq şərtilə 30 minə yaxın erməni yaşayır. Hətta onlardan bəzilərinin məmur və deputat olduğu da bildirilir. Bu barədə bir zamanlar Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da həyəcan təbili çalmışdı. Başqa ictimai-siyasi xadimlərin dilindən də bu məsələ dəfələrlə ictimailəşib.

Odur ki, hal-hazırda Bakıda yaşayan ermənilərlə bağlı müəyyən araşdırmalar aparmaq qərarına gəldik və çox maraqlı faktları aşkara çıxardıq. DİA.AZ-ın apardığı araşdırmalardan məlum oldu ki, ermənilər Bakının əsasən Səbael rayonunda məskunlaşıblar. Onların sayları kifayət qədərdir. Amma əksəriyyəti azərbaycanlı kimliyi ilə yaşayırlar. Yəni necə ki, Azərbaycandan qaçaq düşən vətəndaşlarımız Avropaya erməni kimliyi ilə sığınırlar, Azərbaycan erməniləri də Bakıda azərbaycanlı kimi qeydiyyatdadırlar. Lakin onların öz soyadlarını qoruyanları da var.

Bayıl qəsəbəsində yaşayan bir erməni qadınla bu barədə söhbətimiz də oldu. Adının çəkilməməsi şərtilə (bunu təhlükəsizlik baxımından etdiyini söylədi və biz də razılaşdıq -red.) DİA.AZ-a danışan erməni qadın bildirdi ki, 1988-ci il olayları zamanı onun Bakıdakı qohumları Azərbaycanı tərk etsələr də, o gemək istəmədi: «Hara gedəydim. Ərim azərbaycanlıdır və burada çoxlu qohumlarım var. Həm də özümü erməni kimi hiss etmirəm. Hətta erməni dilini də unutmuşam. 3 oğlum, 2 qızım var. Hamısının da ailələri. Hamısı da azərbaycanlılarla ailə qurub. Nəvələrim var. Qonşularım da erməni olduğumu bilir, amma mənə düşmən kimi baxmırlar. Dəfələrlə Şəhidlər Xiyabanına ziyarətə də getmişəm. Allah bizi düşmən edənlərə lənət eləsin».

Erməni qadın daha sonra bildirdi ki, düşmənçiliyin ilk vaxtlarında ərinin qohumları tərəfindən gizlədilib: «Lakin sonradan vəziyyət dəyişdi. Gördüm ki, qonşular, tanışlar mənə düşmən kimi baxmır və geriyə, evimə qayıtdım. İndi hətta küçədə də sərbəst, təkbaşına gedib-gəlirəm. Amma inanmıram ki, bir azərbaycanlı İrəvanın küçələrində mənim kimi rahat gəzə bilsin».

Onu da bildirək ki, köçürülməsi barədə məlumatlar yayılan Yasamal qəbirstanlığı ilə bağlı da redaksiyamıza ilginc məlumatlar daxil olub. Sözügedən qəbirstanlıqda gül alveri ilə məşğul olan satıcılardan biri bildirdi ki, həmin qəbirstanlıqda çoxlu sayda erməni qəbirləri var və həmin qəbirlər az qala hər gün ziyarət olunur:

«Biz gecələr məhz onlara görə alver edirik. Bakıda yaşayan erməilər gecələr öz qəbilərini ziyarət edirlər. Biz də onlara gül satırıq».

Gül satıcısı erməni qəbirlərini ziyarət etməyə gələnlərin arasında kifayət qədər imkanlı şəxslərin də olduğunu bildirdi: «Hətta bir dəfə dövlət seriyası ilə bir maşın da gəlmişdi. Təxminən 50-60 yaşlarında olan bir kişi idi. Mənə bir dəstə gülə görə 100 manat verdi. Sonra da izləyib gördüm ki, erməni qəbrinə həmin gülləri qoydu».

Təbii ki, biz həmin şəxsin kimliyini öyrənə bilmədik.

Geri qayıt