Əsas Səhifə > Sosial, Manşet > Fars-molla mətbuatı indi də Oqtay Əsədovun sözünü “xırdalayır”
Fars-molla mətbuatı indi də Oqtay Əsədovun sözünü “xırdalayır”12-02-2014, 10:13 |
DİA.AZ: - İran saytları indi də «Quran»ın «müdafiəsinə qalıxırmış» kimi davranaraq Azərbaycan əleyhinə kampaniyaya başlayıblar. Xatırladaq ki, bir neçə gün əvvəl parlamentdə müzakirələr zamanı Milli Məclisin sədri Oqtay Əsədov müqəddəs kitabımızın Azərbaycan türkcəsində oxunmasının da vacib olduğunu bildirdi. Hər halda, spikerin bu sözləri mətbuat tərəfindən elə bir şəkildə təqdim olundu ki, sanki Oqtay Əsədov «Quran»ın orijinal dilində oxunmasının qadağan edilməsini təklif edib. Əslində spikerin dediklərindən də belə anlaşılırdı ki, yəni insanlar əgər «Quran»ın buyurduqlarına əməl etmək istəyirsə, o zaman başa düşdükləri dildə də oxuyub, mənasını anlasınlar. Bu o zaman deyildi ki, parlamentdə Suriyada döyüşən azərbaycanlılarla bağlı məsələ problem kimi qaldırılmışdı. Təbii ki, Azərbaycana qarşı kampaniya üçün marıqda yatan fars-molla rejiminin mətbuatı Oqtay Əsədovun bu açıqlamasını guya ki, Azərbaycanın dövlət rəsmilərinin İslam dininə qarşı təzyiqi kimi qələmə verməyə başlayıb. Və hətta bu barədə geniş materialı yayan «qafqaz.ir» agentliyi misallar da çəkir ki, Azərbaycanda hicab qadağan olunduğu kimi «Quran»ın ərəbcə oxunuşunu da qadağan etməyə hazırlaşırlar. Bütün bunların absurd olduğu və İran mətbuatının Azərbaycana qarşı növbəti böhtanı olmasını hər kəs yaxşı anlayır. Amma anlaşılmayanı odur ki, nədənsə Oqtay Əsədovun bu təklifi elə Azərbaycanın özündə də mahiyyəti üzərə qəbul edilmədi. Hətta Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə də açılama verərək bildirdi ki, «Quran» ərəbcə - orijinal dilində oxunmalıdır. Amma Şeyx də gözəl bilirdi ki, Oqtay Əsədov ölülərimizin «Quran»ın Azərbaycan türkcəsində oxunuşu sədaları altında basdırılmasını təklif etmir. Lakin bunu bilə-bilə Şeyx də məsələyə bu gün İran mediasının əlində vasitəyə çevrilən bir tərzdə yanaşdı… Onu da bildirək ki, «qafqaz.ir»də yer alan məqalədə bildirilir ki, Azərbaycanda «Quran»ın anna dilində oxunmasının tərəfdarının çox olması hakimiyyətin İslam dininə qarşı təzyiqlərinin nəticəsidir. Gülməli və absurd iddiadır… deyilmi? Amma əsas olanı odur ki, əllərinə bəhanə vermişik… Geri qayıt |