Əsas Səhifə > Sosial, Manşet > Zakir Fərəcov qaş düzəltdiyi yerdə göz çıxarıb

Zakir Fərəcov qaş düzəltdiyi yerdə göz çıxarıb


10-02-2014, 09:32
Zakir Fərəcov qaş düzəltdiyi yerdə göz çıxarıb
DİA.AZ: - Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov son günlər əsas hədəflərdən biri kimi diqqətə gəlməkdədir. Məlumatlardan aydın olur ki, ayrı-ayrı dönəmlərdə rayondakı torpaq sahələrini hətta prezidentin müvafiq qərarlarını belə nəzərə almadan özbaşına şəkildə fiziki və hüquqi şəxslərə qanunsuz olaraq satan Zakir Fərəcovdan indi bu və digər əməllərinin hesabının sorulması qərarı verilib.

Əslində Zakir Fərəcov özü özünü hədəfə çevirdi…

Bəli, əslində Zakir Fərəcov bir köşəyə çəkilib, adının da xatırlanmaması şəraitində istədiklərini etməkdə idi. Sanki mətbuat da bütün bu baş verənləri normal bir hal kimi qəbul edib, hər gün Abşeronda baş verən qanunsuzluqlara o qədər də həssaslıq nümayiş etdirmirdi. Bunun da səbəbləri var idi. Çünki həmin dönəmdə Zakir Fərəcov yetərincə… oliqarxlaşmamışdı. Və bu gün faktiki olaraq adam əlindəki maddi sərvətlər, maddi imkanlar səbəbindən hətta meydan da oxumağa başlayıb.

Onun öz ambisiyalarını çılpaqlığı ilə ortaya qoyması heç də «yuxarıların» ürəyincə olmadı. Mətbuatda «Zakir Fərəcov Hacıbal Abutalıbovun yerinfə gətirilir» şəklində məlumatı məqsədli şəkildə «raskrutka»ya buraxan Zakir Fərəcov düşündü ki, bu yolla bir növ ictimai rəyi hazırlıqlı edir.

Amma hər şey onun istədiyi kimi olmadı. Əksinə… Zakir Fərəcov məhz bu iddialarının güdazına getmiş də hesab oluna bilər.

Onun qərarı verilib, qələmi qırılıb…

Bununla bağlı DİA.AZ-ın əldə etdiyi informasiyalarda da qeyd olunur ki, mətbuatda özünə qarşı kompramatların qaynağını müəyyənləşdirməyə çalışan və hətta bu məqsədlə əməlli-başlı bazarlıqlar quran Zakir Fərəcov bu işdə daha çox öz çevrəsindən şübhələnməsilə də qaş düzəltdiyi yerdə vurub göz çıxarıb. Hökumət içindəki mötəbər mənbə iddia edir ki, Zakir Fərəcovun öz yaxın ətrafında casus araması «yuxarılar» tərəfindən ikrah hissi ilə qarşılanıb:

«Təsəvvür edin, bu məsələ hətta hakimiyyətin ən yuxarı pillələrində belə müzakirə olunub. Təsadüfi olmadı ki, Abşeron rayonunun ləğv edilərək Bakıya birləşdirilməsi ideyası ortaya atıldı. Bununla adama başa saldılar ki, güvəndiyi icra hakimiyyəti postunu yox e, bütöv rayonunu ləğv edərlər. Yəni vəziyyət bu şəkildədir».

Mənbə bildirir ki, Zakir Fərəcovun durumu heç də digər vəzifəsindən alınan başçıların aqibəti ilə eyni olmayacaq: «Ortada konkret ittihamlar var. Abeşrondakı torpaq sahələrinin paylaşdırılması işi ciddi şəkildə araşdırılır. Bu gün hətta həmin ərazilərdə qurulan müəssisələr belə plana düşə bilər. Bunun bədəlini isə Zakir Fərəcovun özü ödəməli olacaq».

Onu da bildirək ki, Məlumatı verən qaynaq redaksiyamıza Zakir Fərəcovun imzası ilə təsdiqlənmiş onlarla saxta sənədin surətini də təqdim edib. Bu sənədlərlə bağlı geniş araşdırma materialımızı yaxın günlərdə diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Bütün tərəflərin fikirlərini işıqlandırmağa hazırıq…

Geri qayıt