Əsas Səhifə > Sosial, Manşet > Ağdaşda ən ucuz olanı insan həyatıdır - Məcburi köçkün ailəsi evindən çölə atılır
Ağdaşda ən ucuz olanı insan həyatıdır - Məcburi köçkün ailəsi evindən çölə atılır8-02-2014, 13:31 |
DİA.AZ: - Ağdaşda məskunlaşan məcburi köçkün ailəsi qışın soyuğunda küçəyə atılır. Buna səbəb həmin ərazinin özəlləşdirilməsi olsa da, ailəyə sığınacaq verən yoxdur. Müşfiq Məmmədov adlı sahibkar həmin ərazini özəlləşdirib və bu ailənin ərazidən çıxarılması üçün məhkəməyə müraciət edib. Ağdaş rayon məhkəməsi də ailənin oradan çıxarılmasına dair qərar verib. Bunun əsasında məhkəmə icraçıları da Namiq Zamanovun ailəsini çıxarmaq üçün ora gediblər. Namiq Zamanov üzləşdiyi haqsızlıqla bağlı DİA.AZ-a ünvanladığı şikayət məktubunda yazır: "Mən – Zamanov Namiq Zaman oğlu, 1995-ci ildən Ağdaş rayonunda müvəqqəti məskunlaşmışam. Yaşayış yerim –keçmiş SSRİ-nin vaxtında fəaliyyət göstərən, sonra isə Dövlət Əmlak Komitəsinin balansında olan Avtomotoservis ərazisində sahəsi 40 kv.m. olan uçulub-sökülmüş köhnə maşın təmiri otağı 2011-ci ildə yerli iş adamı tərəfindən özəlləşdirilib. Həmin iş adamı Məmmədov Ağa Əşrəf oğlu Prezidentimizin fərman və sərəncamlarına, həmçinin Dövlətimizin qaçqın və məcburi köçkünlər haqqında qanununa zidd olaraq, Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi verib, öz maddi imkanına arxalanaraq məni sığındığım yerdən məcburi şəkildə çıxarır. Məhkəmə də mənim buranı tərk etməyimi qət edib. İş icraatdadır. Fevralın 11-də sonuncu gündür. Gəlib bizi çölə tökəcəklər. Təcili buranı tərk etməyimi tələb edirlər. Mənimsə getməyə yerim və imkanım yoxdur. İki azyaşlı uşaq və xəstə yoldaşımla 6-8 dərəcə şaxtada, qarlı-çovğunlu qış günündə küçədə qalmışam. Burada məktəbdə müəllim işləyirəm, övladım da məktəblidir. Xahiş edirəm, mənə təcili köməklik edib, səsimi aidiyyatı orqanlara və ictimayyətə çatdırasınız! Hörmətlə: /Zamanov N.Z./ P.S. Laçın və Ağdaş rayon İcra Hakimiyyətləri iddia edirlər ki, Azərbaycanda Ölkə Prezidentinin imzaladığı 21 may 1999-cu il tarixli, 669-1Q saylı, 1 iyul 2004-cü il tarixli, 298 saylı, Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qanun və Sərəncamları işləmir.Get, öz başına çarə tap! Bu məmurlara nə ad vermək olar?! Dövlətin qanunlarına bu cür yanaşan adamların Dövləti, xalqı təmsil etməyi nə dərəcədə doğrudur?!" Geri qayıt |