Əsas Səhifə > Sosial, Manşet > Qarabağ əlili haray çəkdi: “Məni məcbur etməyin, intihara əl atım”

Qarabağ əlili haray çəkdi: “Məni məcbur etməyin, intihara əl atım”


5-02-2014, 11:29
Qarabağ əlili haray çəkdi: “Məni məcbur etməyin, intihara əl atım”
DİA.AZ: - Bu günlərdə müraciətini yaydığımız 1-ci qrup Qarabağ əlili yenidən probleminin həll olunmadığını bildirərək, artıq intihar həddinə çatdırıldığını söyləyir. Azər Əliyevin mətbuata ünvanladığı və bir nüsxəsi də DİA.AZ-a daxil olan açıqlamasını diqqətinizə təqdim edirik:

“Salam hötmərli redaksiya, hörmətli KİV orqanları. Öncədən də bildirdiyim kimi bu il yanvarın 29-dan 30-na keçən gecə, saat 01:45 radələrində ağır vəziyyətdə xəstəxanaya çatdırılan qohumlarından birinin yanından qayıdan zaman paytaxtın Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində heç bir qayda pozuntusuna yol vermədiyim halda döş nişanı 0556, idarə etdiyi xidməti avtomobilin ekipaj nömrəsi 386 olan və özünü Teymur kimi təqdim edən DYP əməkdaşı tərəfindən saxlanılmışam. Məndən 100 manat rüşvət tələb edən və tələb olunan pulu vermədiyim üçün sənədlərimi alıb gedən məlum şəxslə bağlı əlaqədar qurumlara müraciət etsəm də, hələ də müraciətimə cavab verən yoxdur. Avtomobilimə məxsus sənədlər də Teymur adlı şəxsdədir və bu gün də həmin sənədlərdən heç bir xəbər-ətər yoxdur. Teymur adlı şəxsin həqiqi kimliyinin müəyyənləşməsi isə problemə döndərilib.

Hansı ki, polis əmədkaşının döş nişanı bəllidir və bunun əsasında həmin şəxsin kimliyini dərhal müəyyənləşdirmək olar. Lakin əlaqədar qurumların fəaliyyətsizliyi göstərir ki, kimsə bu ədalətsizliyi aradan qaldırmaq istəmir.

Mən dəyərli media orqanlarının vasitəsi ilə bütün əlaqədar orqanları xəbərdar edirəm. Əgər mənə qarşı, sağlamlığını vətənin azadlığı və toxunulmazlığına qurban verən Qarabağ Əlilinə qarşı bu haqsızlıq aradan qaldırılmasa, o zaman məcburiyyət qarşısında daha ciddi ddımlara əl atacam. Məni məcbur etməsinlər ki, hansısa rüşvətxor polis əməkdaşına görə həyatıma qəsd edim, düşmənləri ölkəmizə güldürüm.

Mən vətən qarşısında borcunu yerinə yetirən bir döyüşçü olaraq əlaqədar qurumlardan xahiş yox, tələb edirəm. Məndən rüşvət tələb edən, sənədlərimi oğurlayan həmin polis əməkdaşını tapın və məsuliyyətə cəlb edin. Bunu tələb etmək mənim haqqımdır və mən öz haqqımdan imtina etmək niyyətində deyiləm”.

Bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt