Əsas Səhifə > Sosial, Manşet > Mədət Quliyev oğru dünyasına şok zərbə hazırlayır

Mədət Quliyev oğru dünyasına şok zərbə hazırlayır


4-02-2014, 11:35
Mədət Quliyev oğru dünyasına şok zərbə hazırlayır
DİA.AZ: - Ədliyyə sistemində yeni dəyişikliklər gözlənilir. Xatırladaq ki, Mədət Quliyev penitensiar xidmətə təyin edildikdən sonra bu sistemdə ciddi islahatlar aparıldı. Həm kadr siyasəti baxımından və həm də məhbəslərdə gerçəkdən də dövlət nəzarətinin qurulması açısından.

DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, «yuxarılar» Mədət Quliyevin bütün bu islahatlarını tam olaraq dəstəkləyirlər: «Belə ki, neçə müddət həbsxanalarda rəsmən «bespredel» mühiti yaranmışdı. Dövlət demək olar ki, məhbusların türmə qaydaları ilə hesablaşmaq zorunda qalırdı. Bu da daha çox cinayətkar aləmin maraqlarına cavab verirdi».

Mənbə bildirir ki, son günlərdə penitensiar xidmətin öz tərkibində baş verən olaylar, xidmət əməkdaşlarından birinin dustaqlarla işbirliyinə getməsi faktından həbs edilməsi artıq ciddi islahatları zərurətə çevirib: «Mədət Quliyevə verilən bir nömrəli tapşırıq həbsxanalarda Azərbaycan Respublikasının qanunlarının qüvvəyə mindirilməsindən ibarətdir. Yəni hansısa oğru qanunlarının yox. Halbuki dünənə qədər hətta cəzaçəkmə müəssisələri, təcridxana işçiləri də oğru qanunlarına ayaq uydururdular».

Məlumata görə, yaxın günlərdə penitensiar xidmətdə total kadr islahatları nəzərdə tutulub ki, bu islahatlarda da başlıca məqsəd məhz dustaqlarla işbirliyində olan kadrlardan imtinadan ibarətdir: «Belə xidmət işçilərinin say yetərincədir. Artıq rəhbərliy öz siyahısın tutub. Yaxın günlərdə dəyişikliklərə start verilir».

Geri qayıt