Əsas Səhifə > Sosial, Manşet > Şeyxə qarşı yenə təhdid: QMİ sədri “Həcc biznesi” ilə hədələndi

Şeyxə qarşı yenə təhdid: QMİ sədri “Həcc biznesi” ilə hədələndi


1-02-2014, 15:37
Şeyxə qarşı yenə təhdid: QMİ sədri “Həcc biznesi” ilə hədələndi
DİA.AZ: - Allahşükür Paşazadəyə qarşı kampaniya davam edir. Bildirək ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsi artıq bu kampaniyaya sərt reaksiya verib. Amma özünü "ŞEYX-LEAKS" adlandıran qrup mətbuata müxtəlif məlumatları ötürməkdə davaç edir. DİA.AZ-a daxil olan yeni informasiyalarda isə Şeyxin aşkar surətdə “Həcc biznesi” ilə təhdid olunduğu hiss olunur.

Həmin məlumatı olduğu kimi diqqətinizə təqdim edirik: “Səudiyyə Ərəbistanın Bakıdakı Səfirliyində mənbəmizin öyrəndiyinə görə, dünən səfirikdə toplantı olub.Toplantıda bu ildən etibarən həcc vizasının sadəcə QMİ deyil,basqa turst firmalarına verilməsi məsələsi müzakirə olunub.

Səfirikdə müzakirə deyilib ki, şeyx, qardaşı və qudası Səudiyyə Ərəbistanının bilərəkədən, İran-Amerika yaxınlaşmasından sonra hədəfə alır. Orta Şərqdə İran meyilli qüvvələr ümumiyyətlə İran-ABŞ yaxınlaşmaısndan sonra Səudiyyə Ərəbiatanını hədəf alır və terrorçu dövlət kimi qələmə verirlər. Bu işdə Amerikanında rolu vardır.

Müzakirə deyilib ki, bundan sonra Şeyxin və qardaşının Səudiyyə barədə dedikləri diqqətə alınısn. Əgər şeyx yenə də çirkin açıqlamalarına davam edərsə, viza təkcə QMİ deyil, başqa turst firmalarınada verilsin.

Səfirlikdə işçilərdən biri deyib ki, bəlkə şeyxin Həccdən qazandıqları milyonlarla məbləğin həcmini açıqlayaq. İniyə kimi məbləöin həcmini bizdən başqa heç kim bilmir. Konsul söhbətə müdaxilə etmiş və hələkilik tələsməmələrini bildirmişdir”.

Geri qayıt