Əsas Səhifə > Sosial, Manşet > Qafqaz Müsəlmanları Ruhani İdarəsinin ləğv edilməsi tələbi gündəmə gətirildi
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin ləğv edilməsi tələbi gündəmə gətirildi31-01-2014, 11:45 |
DİA.AZ: - Bir neçə gün əvvəl Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbərliyinin keçirdiyi mətbuat konfransının yaratdığı ajiotaj hələ də çəkilməyib. Qeyd edək ki, konfransda Allahşükür Paşazadə sərt danışaraq bəzi məmur övladlarının vəhabi, nurçu kimi təriqətlərə qoşulmalırından da danışdı ki, bu da ona qarşı basqılara nədən olub. Hətta bəzi dairələr daha da irəli gedərək Ruhani İdarənin ləğvini belə tələb edirlər. Məsələn onların arasında politloq Fərhad Mehdiyev da var. Özünün “Facebook” səhifəsində bu barədə status yazan Fərhad Mehdiyev bildirir: “Qafqaz Müsəlmanları İdarəsi, SSRİ zamanında qurulmuşdu, SSRİ-də bir dövlət olduğu üçün, Bakıda yerləşən QMİ Şimali Qafqazı da, Gürcüstanı da əhatə etməsi təbii görülə bilərdi. Lakin hal-hazırda, SSRİ parçalanıb, QMİ-nin yurisdiksiyasını nə sünni Şimali Qafqaz (həm icmaları hər rəsmi qurumları), nə də ki Gürcüstanın rəsmi qurumları qəbul etmir. Başqa bir sözlə, QMİ yurisdiksiyası, ancaq Azərbaycan Respublikası ilə məhdudlaşır. Belə olan halda, QMİ-nin adını müvafiq qaydada dəyişilməlidir. Hətta məncə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə QMİ-nin səlahiyyətlərinə bir daha baxılmalı, çünki QMİ faktiki olaraq "İdarə" səlahiyyətlərinə sahib deyildir. QMİ-nin adı da "Müsəlman İcmalar Şurası", ya da "Müsəlman İcmalar Birliyi" olmalıdır”. Geri qayıt |