Əsas Səhifə > Sosial, Manşet > Vəhabilər Allahşükür Paşazadəni də hədələdilər - Bax, bu qədər arxayındırlar!

Vəhabilər Allahşükür Paşazadəni də hədələdilər - Bax, bu qədər arxayındırlar!


29-01-2014, 09:39
Vəhabilər Allahşükür Paşazadəni də hədələdilər - Bax, bu qədər arxayındırlar!
DİA.AZ: - Dünən bütün Qafqazın Şeyxi hacı Allahşükür Paşazadənin və digər QMİ nümayəndələrinin vəhabilərlə bağlı verdiyi açıqlamalar birmənalı qarşılanmayıb. Bu gün kifayət qədər güclənmiş kimi görünən Azərbaycan vəhabiləri hətta bu məlumatları ictimailəşdirdiyimizə görə, redaksiyamıza müxtəlif hədələr də ünvanlamaqdadırlar.

DİA.AZ-a daxil olan bir müraciət isə kifayət qədər maraqlıdır. Belə ki, hazırda vəhabilərin sələfi qolunda təmsil olunduğunu iddia edən bir gənc (özünü bu şəkildə təqdim edir: sələfi gənc - red.) bildirir ki, bütün Qafqazın Şeyxi verdiyi açıqlamalara görə cavab verməli olacaq. Yəni anlaşılanı odur ki, portalımızla yanaşı, dünən bir çox dəngələri yerindən oynadan Allahşükür Paşazadə də hədəfə çevrilib.

Həmin «sələfi gənc»in hədəsini bəzi söyüşləri ixtisara salmaqla, olduğu kimi diqqətinizə təqdim edirik: «Paşazadə Suriyada həlak olan qardaşlarımızın şəhadətinə şübhə edir. Kim ona bu haqqı verib? O, İranın əmrlərini yerinə yetirir. İrana nökərçilik edən Paşazadənin şəhidlikdən danışmağa haqqı çatmaz. O, buna görə Allah qarşısında və bizim əlimizlə cavab verəcək».

Qeyd edək ki, dünən bu kimi hədələr redaksiyamızın elektron ünvanına ardı-arası kəsilmədən daxil olub.

Onu da bildirək ki, dünən Allahşükür Paşazadə açıqlamalarında həmçinin kimsədən qorxmadığını da bəyan edib…

Geri qayıt