Əsas Səhifə > Sosial, Manşet > Oqtay Şirəliyev Əli İnsanovdan qalma sonuncu kadrı da yola salır
Oqtay Şirəliyev Əli İnsanovdan qalma sonuncu kadrı da yola salır27-01-2014, 14:12 |
DİA.AZ: - Daha bir dövlət qurumunda kadr islahatı gözlənilir. Bu barədə DİA.AZ-a hökumət içindəki mənbələr informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, səhiyyə nazirliyinin strukturlarında ciddi dəyişikliklər baş verəcək, hətta nazir müavinlərindən birinin vəzifəsindən alınması da gözlənilir. Məlumatı verən mənbə bildirir ki, hazırda həbsxanada saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovun dövründən qalma yeganə nazir müavini olan Elsevər Ağayev gözlənilən islahat dalğasının ilk qurbanlarından biri olacaq. Xatırladaq ki, Elsevər Ağayevin adı bir çox qalmaqallı olaylarda hallandırılıb. Hətta Əli İnsanovun dövründə ayrı-ayrı dövlət xəstəxanalarının, xəstəxana ərazilərinin qanunsuz olaraq özəlləşdirilməsi prosesinə rəhbərlik etməsi səbəbindən onun adının Əli İnsanovla bağlı cinayət işində keçdiyi də iddia olunur. Lakin sonradan «yuxarıdakı» himayədarları Elsevər Ağayevin məsuliyyətdən kənarda qalmasına nail olurlar. Ən böyük nailiyyətləri isə zamanında Əli İnsanovun «kassiri» kimi ad çıxarmış Elsevər Ağayevin nazir müavini postunda da toxunulmazlığına nail olmaları olur. Bildirək ki, bəzi qaynaqlar Elsevər Ağayevi hakimiyyətiçi kürd qruplaşmasının çətiri altında olduğunu bildirirlər. Məlumatlara görə, hətta Bakıdakı bölücü kürdlərlə belə əlaqəsi olan Elsevər Ağayevə qarşı bu qəbildən ittihamlar da səslənib. Amma hər dəfəsində nazir müavini hədəf olmaqdan yayına bilib. Redaksiyamızın əldə etdiyi son informasiyalara görə isə nazir müavini bu dəfə nazir Oqtay Şirəliyevin maraqlarına toxunub. Məlumatlı mənbənin söylədikləri: «Məlumdur ki, son zamanlar Elsevər Ağayev guya ki mətbuatda qanunsuz dərman preparatlarının satışı məsələsinə xüsusi həssaslıq nümayiş etdirir və hətta statistika da açıqlayaraq, yüzdən artıq aptekin fəaliyyətinin qadağan olunduğunu qeyd edir. Amma bu gün faktiki olaraq Elsevər Ağayev qanunsuz dərman preparatı biznesinə şəriksiz olaraq nəzarət edən əsas fiqurdur. Hətta dərman bazarının əsas fiquru kimi diqqətə gələn «Avromed» şirkətindən də Elsevər Ağayev pay götürür». Bildirək ki, «Avromed» şirkəti deputat Cavanşir Feyziyevə məxsusdur və zaman-zaman Elsevər Ağayevin himayəsi altında deputatın şirkəti dərman bazarında özünə ciddi mövqe əldə edib. Hətta bu «dostluq münasibətləri» səbəbindən «Avromed» bazardan prezidentin əmisi oğlu İlqar Əliyevə məxsus «RiadFARM» kimi ciddi rəqibi belə sıradan çıxarmağa müvəffəq olub. Daxil olan məlumatlardan aydın olur ki, məhz buk imi fəaliyyətləri ilə dərman satışı bazarında özünə dostla yanaşı, həm də düşmən qazanmata «müvəffəq olan» Elsevər Ağayev birbaşa olaraq nazirin də hədəfindədir: «Təbii ki, belə birisinin uzun müddətə vəzifə başında qalması imkansızdır. Və SN-də nəzərdə tutulan ilkin dəyişikliklər zamanı Elsevər Ağayev də yola salınacaq». Mənbəmiz onu da əlavə edib ki, fevral ayının əvvəlindən etibarən start götürəcək dəyişikliklərdə həmçinin naziprliyin balansında olan ilan zəhərini gizli şəkildə «xırıd etmiş» bir neçə məmur da cəzalandırılacaq. Bildirək ki, bu barədə informasiyalar zaman-zaman yerli mətbuatda yer alıb. Geri qayıt |