Əsas Səhifə > Sosial, Manşet > Bəylər Əyyubov əzəli rəqiblərindən birini küncə sıxışdırıb

Bəylər Əyyubov əzəli rəqiblərindən birini küncə sıxışdırıb


22-01-2014, 09:55
Bəylər Əyyubov əzəli rəqiblərindən birini küncə sıxışdırıb
DİA.AZ: - Hakim düşərgənin aparıcı fiqurlarından hesab olunan prezidentin xüsusi mühafizə idarəsinin rəisi Bəylər Əyyubov son zamanlar mövqelərini daha da gücləndirib. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, güclənən Bəylər Əyyubov hətta əzəli rəqiblərindən biri ilə haqq-hesab çürütmə fürsəti də əldə edib.

İqtidar daxilindəki kürd qruplaşmasının lideri kimi qələmə verilən Bəylər Əyyubovun konkret olaraq hansı əzəli rəqibini vurmağa hazırlaşdığı barədə dəqiq bilgilər əldə etməsək də, daxil olan məlumatlarda bildirilir ki, general hətta illərdir toqquşduğu rəqibinin istefasına belə nail olma ərəfəsindədir:

«Onlar arasında uzun müddətdir ki, rəqabət var. Və bu rəqabət o həddə çatıb ki, hətta məcburiyyət qarşısında qalaraq bir sıra iqtidar simaları mövqe bildirməli olublar. Yəni onlar ya Bəylər Əyyubovla bir sırada dayandıqlarını, ya da ona qarşı səngərdə yer aldıqlarını ifadə ediblər ki, bu da parçalanmanın əhəmiyyətli dərəcədə şiddətə malik olmasından xəbər verir».

Mənbəmiz iddia edir ki, artıq rəqibinin mövqelərini üstələyən Bəylər Əyyubov hətta onun yerinə kadr da tapıb: «Təbii ki, son qərar «yuxarılar»ındır. Amma indiki şəraitdə Bəylər Əyyubov hətta rəqibinin yerinə yaxın adamını təyin etdirmə iqtidarına da malikdir».

Geri qayıt