Əsas Səhifə > Sosial, Manşet, Ana xəbərlər > «TexnikaBank»ın sabiq şefi Azərbaycanı tərk etməyə hazırlaşır

«TexnikaBank»ın sabiq şefi Azərbaycanı tərk etməyə hazırlaşır


17-01-2014, 12:09
«TexnikaBank»ın sabiq şefi Azərbaycanı tərk etməyə hazırlaşır
DİA.AZ: - Bir neçə ay həbsdə saxlanılan, sonradan azadlığa buraxılan və məhkəmə ittihamlarında da yayınmağa müvəffəq olan «TexnikaBank»ın sabiq şefi Etibar Əliyevin hələ də bank sektorunda və ümumiyyətlə pul-para işində iştirakçı olduğu haqda mətbuatda da müəyyən bilgilər verilib. Ən azından bu gün Etibar Əliyev tərəfindən yönəldilən «Kred-Aqro» Bank Olmayan Kredit Təşkilatı (BOKT) fəaliyyətdədir ki, bu qurumun hesabına keçmiş bankirin çox ciddi maliyyə əməliyyatları həyata keçirdiyi söylənilir.

Amma deyəsən Etibar Əliyev bu işlərə birdəfəlik son qoymaq qərarını verib. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, Etibar Əliyev «Kred-Aqro»nu satmağa hazırlaşır: «Yəni oradakı hissələrindən imtina edəcək».

Xatırladaq ki, «Kred-Aqro»da Etibar Əliyev yaxın qohumlarının iştirakı ilə təmsil olunsa da, əsas vəsait məhz sabiq bankirin özünə məxsusdur. Məlumatlara görə isə, artıq bu fəaliyyətindən də imtina etməyə hazırlaşan Etibar Əliyevin məlum tədarükü səbəbsiz deyil.

Mənbənin söylədikləri: «Ümumiyyətlə, Etibar Əliyev Azərbaycanı birdəfəlik olaraq tərk etmək fikrindədir. Və bu səbəbdən də satışa çıxarılan təkcə «Kred-Aqro»dakı pay olmayacaq».

Geri qayıt