Əsas Səhifə > Sosial, Manşet > Mikayıl Cabbarovun kadr islahatları əyalətdə davam edəcək

Mikayıl Cabbarovun kadr islahatları əyalətdə davam edəcək


16-01-2014, 11:39
Mikayıl Cabbarovun kadr islahatları əyalətdə davam edəcək
DİA.AZ: - Təhsil naziri Mikayıl Cabbarov daha bir universitet rektoru ilə bağlı qərar verməyə hazırlaşır. Xatırladaq ki, bu günlərdə Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov vəzifəsindən alındı. Buna qədərsə Gəncə Dövlət Universitetinin rektoru öz ərizəsi ilə işdən getmişdi.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, yaxın günlərdə daha bir əyalət universitetinin rəhbəri vəzifəsindən azad edilir.

Təhsil nazirliyindəki məlumatlı mənbə iddia edir ki, yaxın günlərdə Lənkəran dövlət universitetinin rektoru Asəf İsgəndərov da vəzifəsindən alınacaq.
Mənbənin söylədikləri: «Ümumiyyətlə, təhsil sistemi ilə bağlı islahatların ali məktəblərdə özünü daha çox göstərəcəyi gözləniləndir. Və proses paytaxta da yetişə bilər. Konkret olaraq Slavyan Universitetinin rektoru Kamal Abdullanın yeni nazirlə münasibətlərində problem yaşadığı bildirilir. Və bu səbəbdən tanınmış yazarın da görəvdən alınması nəzərdə tutulub».

Geri qayıt