Əsas Səhifə > Sosial, Manşet > "Azneft" rəhbərliyinin DAHA BİR ÖZBAŞINALIĞI...

"Azneft" rəhbərliyinin DAHA BİR ÖZBAŞINALIĞI...


24-01-2023, 09:08
"Azneft" rəhbərliyinin DAHA BİR ÖZBAŞINALIĞI...
DİA.AZ: - ""Azneft" İB 1 sayli ixtisaslasdirmish neft-meden xususi texnika idaresinin rəisi Coşqun Mayılov işçisi Manafov Ramizi Əmək Məcəlləsinin 70 ç bəndinə əsasən 12.01.2023-cü il tarixindən işdən azad etmişdir. Lakin sizcə, cənab C.Mayılov, bilmək istərdim 12.02.2022-ci il tarixdən xəstəlik vərəqəsi alan, 1 ilə yaxın xəstə olan, TSEK tərəfindən bu ilin yanvar ayında 3-cü qrup əlillik alan, 01.12.2022-10.01.2023-cü il tarixində də bülletendə olan işçi ilə bağladığınız Əmək müqaviləsi, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası) ilə necə ləğv oluna bilər??? "üzürsüz səbəbdən “ 01 dekabrdan 10 yanvara qədər işdə olmama səbəbinə görə?" DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı çıxış edib.
M. Qəhrəmanlı daha sonra öz mövqeyini belə əsaslandırır: "Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndi:
- Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi.
İşçinnin 01.12.2022 - ci 10.01.2023-cü il üçün işə gəlməməsi 3 halda əsassız hesab edilə bilməz:
1.Bu günlər üçün işçinin xəstəlik vərəqəsi var.
2. İşçi artıq 1 ildir ki, müalicə alır, uzun müddət xəstəlik vərəqəsi təqdim edib və 3-cü qrup əlillik dərəcəsi alıb.
3. Müalicə aldığı xəstəxana tərəfindən 01.12.2022 - ci il tarixində əlillik dərəcəsi təyin edilməsi üçün TSEK-ə göndərilib, 03.01.2023 - cü il tarixində üçüncü qrup əlilliyi təsdiq olunub, 09.01.2023 - cü il tarixində həmin sənəd işçiyə verilib, işçi tərəfindən isə 1 gün sonra müəssisəyə təqdim edilib. R.Manafov müəssisəyə əmək qabiliyyətli olmama vərəqəsi təqdim etsə də, işəgötürən xəstəlik vərəqələrini şübhəli hesab edərək geri qaytarmışdır.
Qeyd:30.12.2022-ci il tarixində İdarə tərəfindən 1 saylı İNMXTİ-nin Həmkarlar İttifaqı Komitəsinə (HİK) R.Manafovun əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı müraciət edilmişdir. Həmişə olduğu kimi daima işəgötürənin “yanında” olan HT işçinin işdən azad olunmasına razılıq vermişdir".

"Azneft" rəhbərliyinin DAHA BİR ÖZBAŞINALIĞI...
"Azneft" rəhbərliyinin DAHA BİR ÖZBAŞINALIĞI...
"Azneft" rəhbərliyinin DAHA BİR ÖZBAŞINALIĞI...
"Azneft" rəhbərliyinin DAHA BİR ÖZBAŞINALIĞI...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt