Əsas Səhifə > Sosial, Manşet > Mikayıl Cabbarov «yuxarıların» dəstəyini də itirib

Mikayıl Cabbarov «yuxarıların» dəstəyini də itirib


14-01-2014, 13:28
Mikayıl Cabbarov «yuxarıların» dəstəyini də itirib
DİA.AZ: - Təhsil sistemində kadr islahatlarını durdurmaq zorunda qalan Mikayıl Cabbarovun nazirlik daxilindəki Misir Mərdanovdan qalma şəbəkəyə yenik düşməsi barədə məlumatları diqqətinizə təqdim etmişdik. Burada söhbət təhsil nazirliyində qərarlaşmış konkret bir şəbəkədən gedir ki, məhz bu qrupa aid olanlar tərəfindən illərdir təhsilə ayrılan büdcə pulları mənimsənilir.

DİA.AZ-ın əldə etdiyi son informasiyalardan aydın olur ki, tam çarəsiz durumda olan Mikayıl Cabbarov hətta istədiyi kadrı vəzifəyə gətirə bilməkdə də çətinlik çəkir. Mənbə bir şok faktı da diqqətlərə çatdırır:

«Bu günlərdə nazirliyin yüksək ranqlı köhnə kadr heyəti üzvü olan əməkdaşlarından biri ilə bağlı Mikayıl Cabbarov qərar versə də, sonradan oxuduğu əmrdən imtina etmək məcburiyyətində qaldı. Onu buna vadar etdilər».

Mənbə iddia edir ki, Mikayıl Cabbarov nazirlikdə kadr islahatları aparmaqda müstəqil deyil: «Halbuki ilk başdan ona öz komandasını qurması üçün müəyyən fürsətlər tanınmışdı. Dəyişən vəziyyət onun əleyhinə işlədi. Həmçinin Mikayıl Cabbarovun təhsil nazirliyinə gerçəkdən də bu sistemi anlayan kadrların əvəzinə «qoruqçuları» toplaması heç də «yuxarılar» tərəfindən təqdir olunmadığından Mikayıl Cabbarov dəstəksiz qalıb. Yəni «yuxarılar» artıq ona dəstək vermirlər».

Geri qayıt