Əsas Səhifə > Sosial, Manşet > Azərbaycana edilən iyrənc təklifə hansı reaksiya verildi?

Azərbaycana edilən iyrənc təklifə hansı reaksiya verildi?


13-01-2014, 11:32
Azərbaycana edilən iyrənc təklifə hansı reaksiya verildi?
DİA.AZ: - Əslində biz bu barədə əvvəllər də yazmışdıq və əvvəllər də bu məqama nəzərləri cəlb etmişdik. Söhbət hakimiyyətin İlham Əliyevin ilk dəfə prezident seçilməsindən sonna baş verən dəyişikliklərdən və son illərdə nümayiş olunan yeni mahiyyətdən və dəst-xəttdən gedir. Yəni faktdır ki, son illərdə Azərbaycan hakimiyyəti milli maraqlar müstəvisində çox ciddi və israrlı görünür, özünün MİLLİ HAKİMİYYƏT olduğunu sübutlamağa çalışır, bunun təsdiqlənməsi üçün addımlar atır.

Bunun əksinə olaraq bu gün hakimiyyətə opponentlik edən qüvvələrin isə ənənəvi mahiyyətlərindən imtina etmələrinin şahidi oluruq. Hər halda, müxalifətin aparıcı kəsiminin son prezident seçkilərində az qala İBLİSƏ SİTAYİŞ yolunu seçməsi, bu əsnada Azərbaycana qarşı düşmənçiliyi şübhə doğurmayan Rusiyanın rəsmi Bakı əleyhinə planlarında aparıcı yeri tutması, Kremlin layihəsi kimi dəyərləndirilən Milli Şura formatında seçkilərə qatılması MİLLİLİKDƏN İMTİNAdan başqa bir anlamı kəsb etmirdi.

Buna paralel olaraq isə İlham Əliyev iqtidarının adı daha çox millilklə qoşa çəkildi. Doğrudur, bəziləri hakimiyyətin cəmiyyətə - XALQA doğru nümayiş etdirdiyi jestləri EHTİYATLANMA kimi xarakterizə etməyə çalışdılar. Amma hər kəs etiraf edər ki, bu belə deyil və baş verənlərin əksinin cərəyan etdiyi şəraitdə belə heç nəyin dəyişməyəcəyi şəkksizdir.

Həm Qubada, İsmayıllıda baş verən olaylar zamanı, həm Milli Ordunun əsgəri Ceyhun Qubadovun ölümünə verilən reaksiyalar zamanı, həm elə Nabranda faciəli hadisənin qurbanı olan körpə balamızın başına gələnlərə, həmçinin son olaraq Qarabağ əlili Zaur Həsənovla bağlı baş vermiş dəhşətə prezidentin verdiyi reaksiyalar və digər buk imi məqamlarda prezidentin başda olmaqla, hakimiyyətin nümayiş etdirdiyi davranışlar belə deməyə əsas yaradır ki, rəsmi Bakı özünün MİLLİLƏŞMƏ mahiyyətində ciddi şəkildə maraqlıdır. Və bu bir siyasətdir, kampaniya deyil.

Təbii ki, bu müstəvidə Azərbaycan hakimiyyətinin Qarabağ probleminin həlli müstəvisində nümayiş etdirdiyi hərəkətlənmələr də diqqətdən yayına bilməz və elə DİA.AZ redaksiyasına qeyd olunan istiqamətlə bağlı ilginc faktlar daxil olub. Məlumatlı mənbələrdən əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, Azərbaycan hakimiyyətinə bu günlərdə beynəlxalq təşkilatlar tərəfindən olduqca alçaldıcı təkliflər edilib.

Mənbənin söylədikləri: «Əslində bu hadisə rəsmi Bakının öz mövqeyini qəti şəkildə bildirməsi üçün fürsət oldu. Nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri hələ keçən ilin sonlarına yaxın Bakıda Azərbaycan hakimiyyətinin əsas simaları ilə danışıqlarında Qarabağ münaqişəsi ilə bağlı alçaldıcı təklifdə bulundular. Təklifdən anlaşılanı bu idi ki, ətraf rayonların azadlığının müqabilində Azərbaycan Dağlıq Qarabağ ərazilərini və həm də Laçın rayonunu rəsmən Ermənistana təslim etməli idi.

Bunun qarşılığı olaraq Azərbaycana BÖYÜK NEFT BAZARI vəd edilməklə yanaşı, bu qərara imza atan Azərbaycan hakimiyyətinə az qala «əbədililik» vəd edildi».

Mənbəmiz iddia edir ki, bu təklifi edən şəxslər nüfuzlu təşkilatın nümayəndələri olmasaydı, bəlkə də onlar Bakıdaca həbs olunacaqdılar: «Yəni rəsmi Bakının edilən təklifə reaksiyası bu qədər kəskin oldu. Onlara açıq şəkildə bildirildi ki, belə bir təklifi Azərbaycan nəinki qəbul etməyəcək, hətta bu müstəviyə bir daha qayıdılacaqsa, o zaman Azərbaycan MÜHARİBƏ HAQQINDAN istifadə edəcək. Dərhal bu qərar veriləcək».

Mənbəmiz bildirir ki, bununla danışıqlar yenə də ənənəvi məcraya qaytarılsa da, rəsmi Bakının qəti mövqeyinin ifadəsi beynəlxalq təşkilatlar üçün də bir siqnal rolunu oynadı: «Xatırlayırsınızsa, bir müddət əvvəl Rusiya qarışıq, bəzi Qərb dövlətləri, hətta Amerika belə durduqları yerdə Azərbaycanın savaş qərarını hər an pislədiklərini bəyan etdilər. Bu təsadüfi deyildi. Məhz həmin ərəfəd baş tutmayan danışıqlardan sonra rəsmi Bakı qarşısında sədd çəkmə cəhdi idi».

Geri qayıt