Əsas Səhifə > Sosial, Güney Press > “JEK”lərdə vətəndaşın başına necə oyun açırlar?

“JEK”lərdə vətəndaşın başına necə oyun açırlar?


11-01-2014, 17:04
“JEK”lərdə vətəndaşın başına necə oyun açırlar?
DİA.AZ: - Bir neçə ildir Almaniyada yaşamış və həmin ölkədə universitet məzunu olmuş, bu yaxınlarda özəlləşmə məsələlərinə görə Azərbaycana qayıtmış vətəndaş Günel Qurbanın redaksiyamıza şikayət məktubu daxil olub. DİA.AZ-a daxil olan mrüciətdə deyilir:

Vətəndaşın və onun ailəsinin şikayətinə əsasən, illərlə onların istifadəsində olan Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi məsələsi məmur süründürməçiliyi səbəbindən uzadılır və öz həllini tapmırdı. Vətəndaşın müvəqqəti xaricdə yaşamasından və atasının ağır xəstə olmasından istifadə edilərək Nəsimi Rayon MKTB-nin iddia ərizəzi ilə cavabdeh tərəf olan ailənin iştirakı olmadan 2012-ci ildə məhkəmə prosesi keçirilir. Nəsimi rayon Məhkəməsinin qərarı ilə şikayətçinin atası cavabdeh Qurbavon Eldarın qeyri-yaşayış sahəsindən çıxarılması barədə qiyabi qətnamə qəbul olunur və vətəndaşın iştirakı olmadan məhkəmə qətnaməsi icra olunur.

Qeyd edilən sahə əllərindən alınır. Bundan xəbərsiz olan vətandaş Günel Qurbanın 2013-cü ilin iyul ayında cənab Prezident İlham Əliyevə özəlləşdirmə məsələsi ilə bağlı rəsmi məktubundan sonra Prezident Adminstrasiyası tərəfindən müvafiq qurumlara məktub göndərilir və məsələnin həlli istiqamətində vətəndaşı incitməmək barədə tapşırıqlar verilir. Vətəndaş Günel Qurban atasının (cavabdehin) hüquqi nümayəndəsi olaraq Almaniyadakı təhsilini ikinci plana ataraq 2013-cü ilin yay-payız aylarını Bakıda keçirmək məcburiyyətində qalır, yenidən tərəflərin iştirakı ilə məhkəmə prosesi baş tutur.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə qiyabi qətnamə ləğv olunur və 2013-cü ilin dekabr ayında qeyri-yaşayış sahəsi vətəndaş Günel Qurbanın ailəsinə qaytarılır. MKTB-nin balansında olan sözügedən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün vətəndaşın MKTB-nin rəisi Laçın Mustafayevə və 41 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Fazil Qurbanova son həftədə yəni 2014-cü ilin yanvar ayında təqdim etdiyi rəsmi ərizələri qəbul olunmur, və vətəndaşa açıq şəkildə MKİS-nin rəisi Fazil Qurbanov tərəfindən vətəndaşın ona rüşvət, “şirinlik” verməsi müqabilində müvafiq arayışların və razılıqların veriləcəyi bildirilir. Nəsimi rayon MKTB-nin və MKİS-nin rəislərinin vəzifələrindən sui-istifadə edib vətəndaşı incitmələri, dövlət siyasətindən narazı salmaları açıq aşkar və məqsədyönlü şəkildə həyata keçirilir. Vətəndaş son olaraq ümidi cənab Prezident İlham Əliyevə açıq məktub yazmaqda görür və bunu yaxın günlərdə reallaşdıracağını redaksiyamıza bildirir.

Qarşı tərin də dinləməyə hazırıq...

Geri qayıt