Əsas Səhifə > Sosial, Manşet > Səlim Müslümov Fizuli Ələkbərova qarşı kompramat toplayır

Səlim Müslümov Fizuli Ələkbərova qarşı kompramat toplayır


7-01-2014, 10:32
Səlim Müslümov Fizuli Ələkbərova qarşı kompramat toplayır
DİA.AZ: - Əmək və Əhalinin Soial Müdafiə Naziri Səlim Müslümovun Fizuli Ələkbərovdan qalma daha bir kadra «əlvida» deyəcəyi haqda məlumatı hələ bir neçə gün əvvəl diqqətinizə çatdırmışdıq. Bununla bağlı DİA.AZ-a yeni informasiyalar daxil olub.

Xatırladaq ki, hazırda görəv başında olan ƏƏSMN-nin gənc kadrlarından birinə nazir tərəfindən bir aylıq vaxtın verildiyi barədə informasiya vermişdik. Xəbərimizdə onu da qeyd etmişdik ki, Səlim Müslümov eyni zamanda daha bir neçə nazirlik işçisini də yola salmağı planlaşdırır.

Daxil olan son məlumatlara görə, bayramdan öncə ƏƏSMN şefi nazirliyin balansında olan bir neçə binanın aqibəti ilə bağlı da araşdırmaların aparılması üçün müvafiq tapşırıqlar verib. Bu barədə məlumatı verən mənbə iddia edir ki, söhbət ƏƏSMN-ə aid binalardan birinin Fizuli Ələkbərovun dövründə keçmiş nazirə yaxın şəxslərdən biri tərəfindən çox ucuz qiymətə özəlləşdirilməsi faktından gedir.

Hələlik konkret olaraq hansı binadan söhbət getdiyi barədə informasiyalara malik olmasaq da, əldə etdiyimiz xəbərdə qeyd olunur ki, təxminən 3 il əvvəl belə bir əməliyyat keçirilib və əgər bu fakt ictimailəşərsə, o zaman Fizuli Ələkbərova qarşı müəyyən hərəkətlənmələr də rəvac götürə bilər.

Bildirək ki, Səlim Müslümov nazir postuna təyin olunandan sonra fəaliyyətini elə bir istiqamətdə qurub ki, sanki o, Fizuli Ələkbərovdan kompramat toplamaqla məşğuldur. Hətta onun və nazirliyin digər əməkdaşlarının açıqladığı faktlara hüquqi qiymət verilərsə, o zaman Fizuli Ələkbərov üçün heç də ürəkaçan vəziyyət yaranmaz.

Doğrudur, nazir Səlim Müslümov işdən qovduğu kadrlarla bağlı, onların nöqsanları ilə əlaqədar hüquqi müstəvidə də araşdırmaların aparılacağını desə də, sonradan bu məsələyə qaydılmadı. Yəni nazirin səs-küylə qovduğu köhnə işçilər toxunulmaz olaraq qaldı ki, bunun da Müslümova «yuxarılardan» «dur» əmrinin verilməsi ilə baş tutduğu söylənilir. Lakin cəmiyyətdə bu şoulardan yaranan təəssürat o idi ki, Səlim Müslümov köhnə ədavətinə söykənərək Fizuli Ələkbərovu təqibə alıb, ona qarşı konkret dəlillər toplayır.

Və indi aydın olur ki, keçmiş nazir «yuxarılardan» gələn təlimatı da nəzərə almayaraq, yeni araşdırmalara start verib.

Geri qayıt