Əsas Səhifə > Sosial, Manşet > BU NƏDİ BELƏ: Bura məktəb deməyə adamın dili də gəlmir...
BU NƏDİ BELƏ: Bura məktəb deməyə adamın dili də gəlmir...21-05-2022, 09:14 |
Bu günlərdə “Aktualxeber.az” saytında Nəsimi rayon şəhid Rövşən Nəsirovun adını daşıyan 111 nömrəli tam orta məktəbin müəllimi Şahvələdova Aynur Mahmud qızının şantajçı əməllərindən və onu müdafiə edən direktor Jalə Hacıyevanın qanunsuz əməlləri barədə məqalə dərc edildi. Məqalədə müqəddəs müəllim peşəsinin üz qarası olan Aynur Şahvələdovanın 2017-ci ildə sinif rəhbəri olduğu Şəhriyar adlı şagirdinin anasının başına gətirdiyi oyunlardan bəhs etmişdik. Belə ki, o, 2017-ci ildə Şəhriyarın sinif yoldaşı ilə mübahisə etməyini bəhanə gətirib, uşağın anası Təranə Kəlbalıyevaya zəng edib ki, bu mübahisə polisə düşməsin deyə təcili 500 manat pul verməldir. Həyat yoldaşı rəhmətə gedən valideyn də qaynanası ilə evdə münaqişə yaranmasın deyə razılaşır ki, bu pulu müəllimə özündən versin və sonra o borc tapıb qaytarar. Elə həmin gün axşam müəllimə zəng edib deyir ki, bu məsələni 700 manata həll edib və bu pul ona çatmalıdı. Bu pulu tapıb qaytara bilmədiyinə görə valideynlə A.Şahvələdova belə razılığa gəliblər ki, yaxınlıqda yerləşən Seyid adlı şəxsin ərzaq mağazasından müəllimə həmin məbləğdə nisyə ərzaq alsın. Həmin gündən başlayaraq müəllimə mağazadan bir ay ərzində 1200 manatlıq ərzaq alır və borcu da valideynin adına yazdırır. Əsil həngamə də bundan sonra başlayır. Valideynin çarəsizliyindən və hadisəni qaynanasından gizlətdiyindən istifadə edən müəllimə bu işə həyat yoldaşı İlqarı da qoşaraq şantaja əl atır. Onlar bildirirlər ki, bu ərzaq almaq hər ay davam etməlidi və əks halda oğlunu polisə verib tutduracaqlar, həm də qaynanasına bu hadisəni gizlətdiyini deyəcəklər. Köməksiz və çarəsiz qalan valideyn də evdə olan qızıllarının bir hissəsini satıb, digərlərini də lombarda qoyaraq Seyidin mağazasına olan borcu bağlamağa çalışıb. Amma borc hər ay artdığından və lombarda da faizlər yığıldığından valideyn məsələni açıb anasına danışır. Anası və qardaşı bu baş verənləri araşdıranda məlum olur ki, hələ dükana 5400 manat borc var və 4 il ərzində şantaj yolu ilə müəllimə valideyndən 50.000 manata yaxın pul alıbdır. 111 saylı orta məktəbin direktoru Jalə Hacılyeva bu cinayət tərkibli əməllərinin qarşısını almaq əvəzinə, onlarla əlbir olub. Aynur Şahvələdova Təranənin adına nisyə götürdüyü ərzaqları aparıb müəllim yoldaşlarına satırmış. Bundan başqa Təranədən aldığı qızılları və bjuteriya mallarını məktəbdə satdığına görə direktor Jalə Hacıyevaya “görüm baxım” edirmiş. Ona görə də, direktor onu özünə müavin götürməyə söz verib. Məqalə saytda dərc ediləndən sonra Aynur Şahvələdova saytımızın redaksiyasına hücum edib kollektivimizi söyüb təhqir etdi. Bizi müəllim adına yaraşmayan üslubda söyüb təhqir edən Aynur Şahvalədovanın bu hərəkətinin səbəbini də anlayırıq. Çünki məqalə dərc ediləndən sonra Təhsil Nazirliyinin nümayədəsi tərəfindən danlanılan və işdən çıxarılma barədə xabərdarlıq alan direktor Jalə Hacıyeva ona get “zibillərini özün təmizlə” deyib. Məsələ bundadılr ki, direktor bir tərəfdən də Aynur Şahvalədovadan çəkinir. Zərərçəkmiş Təranə xanımın qardaşı ilə söhbətində direktor dəfələrlə bildirib ki, Aynur Şahvələdovanın Bakı Şəhər Təhsil İdarəsində və Təhsl Nazirliyində güclü “daydayları” var. Direktor onlardan çəkindiyi üçün bu şantajçı müəlliməyə söz deyə bilmir. Həm də Jalə Hacıyevanın özü də əməli-saleh biri deyil. Hər bayramda müəllimlərdən ona 100 manat verməyi tələb edir. Bundan başqa sinif rəhbərlərini də məcbur edir ki, bayramlarda şagirdlərdən pul yığıb ona versinlər. O da guya dediyinə görə, həmin pulu “yuxarılara” verir. Öz ayıbına utanmaq əvəzinə müqəddəs müəllim adına ləkə gətirən Aynur Şahvələdova daha da harınlaşaraq hirsini mətbuatdan çıxmağa çalışır. Hətta vəkili vasitəsilə bizə hədə-qorxu gəlir. Deyəsən, “soğan yediyinə görə içi göynəyir”… Və qəribədir ki, təhsil naziri Emin Əmrullayev müqəddəs məkan olan məktəblərdə belə rüşvətxor, şantajçı ünsirlərin olmasına göz yumur. Çünki onun məktəbləri yoxlamaq üçün göndərdiyi “revizorlar”, nöqsanlarla yerindəcə tanış olub, nazirə dəqiq məlumat vermək əvəzinə Jalə Hacıyeva kimi direktorların “cibləri” ilə tanış olub, məsələni yerində “həll edirlər”. Ümid edirik ki, təhsil naziri bütün bu nöqsanları bir daha özü şəxsən araşdıracaq. Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //Aktualxeber.az// Geri qayıt |