Əsas Səhifə > Sosial, Manşet > "Görəsən, bizim GÜNAHIMIZ NƏDİR?"

"Görəsən, bizim GÜNAHIMIZ NƏDİR?"


21-10-2021, 09:12
"Görəsən, bizim GÜNAHIMIZ NƏDİR?"
DİA.AZ: - Zərdab rayonu Kəndəbil (Gəndəbil) kəndi sakinləri uzun illərdir ki, təbii qaz üzünə həsrət qalıblar. Daha doğrusu, bu kənddə ümumiyyətlə təbii qaz olmayıb.

Bu barədə DİA.AZ-a şikayət edən kənd sakinləri üzünü "Azəriqaz" rəhbərliyinə tutaraq giley edirlər.

Sakinlər yazır: "Dəfələrlə aidiyyatı qurumlara müraciət etsək də, şikayətlərimizə baxan yoxdur. Görəsən bizim günahımız nədir ki, Zərdab rayonunun bütün kəndləri təbii qazla təmin olunduğu halda Kəndəbil kəndi qaz üzünə həsrət qalıb?

Biz xalq düçmənləriyik?"

Sakinlər müraciətlərində bildirirlər ki, hələ zamanında rayonba rəhbərlik etmiş Lütvəli Babayev onlara açıq şəkildə "Sizin kəndə heç vaxt qaz çəkilməyəcək" deyərək onları hədələmişdi:

"O vaxt başçı olan Babayevin kəndimizlə ədavəti var idi. Çünki biz ondan şikayətlər yazırdıq. O da qisasını bu şəkildə aldı. İndi Lütvəli Babayev vəzifədə deyil, amma görünür ki, onun hökmü hələ də keçir. Yoxsa bizim kəndə də qaz çəkərdilər..."

İddia olunanlarla bağlı dia.az olaraq bütünb maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt