Əsas Səhifə > Sosial / Manşet > Elnur Aslanov oğurladığı milyonları necə xırıd edir...
Elnur Aslanov oğurladığı milyonları necə xırıd edir...28-01-2019, 10:00 |
![]() Prezident Administrasiyasının sabiq şöbə rəisi, sabiq deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov Almaniyada da biznes qurub. Qlobal.Az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook” səhifəsində məlumat paylaşıb. ![]() Məlumatda deyilir ki, Elnur Aslanov ALKEL INSHAAT SANAYE VE TIJARET AG şirkətini 2017-ci ilin iyul ayının 28-də 50 min avro nizamnamə kapitalı ilə Charlottenburg (Berlin) ədliyyəsində qeydiyyatdan keçirib və HRB 191395 B saylı lisenziya alıb. PA-nın keçmiş şöbə müdirinin Almaniyadakı şirkəti əvvəlcə Ballenstedter str D-10709, Berlin ünvanında qeydiyyata alınıb. Hazırda Berlinin POTSDAMER STR. 92, D-10785 ünvanında yerləşir. Şirkət torpaq, ərazi alışı, satışı, daşınmaz əmlak idarəçiliyi və inşaat sektorunda fəaliyyət göstərir. Şirkəti 16 mart 2018-ci ildən Elnur Aslanovun Vilnüsdə yaşayan Fəxrəddin Qəmbərov adlı dostu idarə edir. ![]() Xatırladaq ki, bundan əvvəl Cavanşir Həsənli Elnur Aslanovun Amerika və Səudiyyə Ərəbistanında biznes qurduğu, PayZəkat ödəmə sistemi yaradaraq ianələr yığması barədə məlumatlar yaymışdı. Geri qayıt |