Əsas Səhifə > Sosial, Manşet > Əhəd Abıyev Mingəçevirə başçı gedir

Əhəd Abıyev Mingəçevirə başçı gedir


29-08-2018, 11:08
Əhəd Abıyev Mingəçevirə başçı gedir
DİA.AZ: - Məlum olduğu kimi, dünən prezident İlham Əliyev Gəncə şəhər icra hakimiyyətinin başçısı postunda dəyişiklik edərək Elmar Vəliyevin yerinə Mingəçevirin icra başçısı postunu tutmuş Niyazi Bayramovu təyin etdi. Dünən həmçinin uzun müddətdir boş qalan Ağdam və Gədəbəy rayonlarının da rəhbərləri müəyyənləşdi və aydın oldu ki, hazırda Mingəçevir ŞİH rəhbəri postu boş qalmaqdadır.

Bununla bağlı DİA.AZ-a daxil olan informasiyada qeyd olunur ki, hazırda həmin vəzifəyə bir neçə iddialı olsa da, onların arasında ən şanslısı hazırda Daşkəsən rayonuna rəhbərlik edən, keçmiş deputat Əhəd Abıyevdir. Xatırladaq ki, Əhəd Abıyevin adı dəfələrlə yeni təyinatla bağlı hallansa da, təsdiqini tapmayıb.

Bunu qeyd edən mənbə iddia edir ki, bu dəfə Əhəd Abıyev bütün potensialını işə salıb. Mənbənin dia-az.life-a söylədikləri: "Məlumdur ki, Əhəd Abıyevi də himayə edən qüvvələr var və həmin dairələr Daşkəsənin icra başçısının Mingəçevirə transferinə nail olmağa çalışırlar".

Geri qayıt