Əsas Səhifə > Sosial, Manşet > Ən yaşlı başçı da yol üstündədir...

Ən yaşlı başçı da yol üstündədir...


21-08-2018, 11:32
Ən yaşlı başçı da yol üstündədir...
DİA.AZ: - Bir ara ondan mediada silsilə yazılar yazıldı, hətta əlindəki əmlakını satdığı da iddia olundu. Amma son nəticədə o, vəzifə başında illərini yola verdi və bu gündə görəvdədir. Söhbət Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevdən gedir.

DİA.AZ bildirir ki, nə zamandır yerli mətbuat ondan yazsa da, onu əndişələndirilən mətbuatın ifşa etdiyi ciddi faktlar yox, qəzetlərdə, saytlarda yazıların yanında onun əvəzinə başqa birisinin şəklinin verilməməsidir. Yəni ən yaxşı halda adam «yazırlar, yazsınlar, amma mənim şəklimi qoysunlar» deyərək reaksiyasını bildirib. Yəni bu qədər əmindir.

Əslində onun Xaçmazda kifayət qədər yeniliklər etməsi də faktdır. Ən azından digər rayon rəhbərləri ilə müqayisədə bir qədər az yeyərək Xaçmazın abadlığına da nəzər salması faktdır. Amma kifayət qədər narazılıqlar da var ki, bunların fonunda illərdir Xaçmazda xanədan quraraq, istədiklərini etməkdə olan Şəmsəddin Xanbabayev yola salınmalı idi.

Elə bu barədə DİA.AZ-a danışan məlumatlı mənbələr də bildirir ki, Şəmsəddin Xanbabayev tipli məmurlar, icra başçıları yetərincədir: «Onlar əslində hakimiyyətin müəyyən şəbəkələri ilə çox yaxın münasibətdə, qohumlaşmış durumda olduqlarından postlarında və yaxud da karyeralarında bir növ əbədilik qazanıblar. Kifayət qədər yaşı olan Şəmsəddin Xanbabayevə gəlincə isə, bu adamın görəvdən alınması elə gözləninlən dəyişikliklərin ilk günlərindəcə, yəni sentyabrın əvvəlində baş verəcək. Çünki bunu onun özü istəyib».

Mənbə onu da əlavə edib ki, Xanbabayevin son günlər səhhətində də problemlər yaranıb ki, bu da qərarda mühü rol oynayır...

Geri qayıt