Əsas Səhifə > Sosial, Manşet > Eldar Mahmudovun şəriki olduğu bank iflas həddində...
Eldar Mahmudovun şəriki olduğu bank iflas həddində...16-08-2018, 09:54 |
“MuğanBank” devalvasiyadan sonra özünə gələ bilmir. AzEuroNews.comxəbər verir ki, bankın Bakıxanov qəsəbəsində filialı bağlanıb. Əksər banklarda olduğu kimi, “MuğanBank” ASC-də də vaxtı keçmiş kreditlər artıb. 30 Sentyabr 2017-ci il tarixinə qeyri-standart kreditlərin cəmi məbləği 53 milyon 823 min manat təşkil edib. Bu, “MuğanBank” ASC-nin müştərilərə verdiyi 334 milyon manat kreditlərin 16.1%-nə bərabərdir. 2017-ci ilərzində “MuganBank”da “qeyri-standart kreditlər” 5 milyon 936 min manat və ya 11% artıb. Qeyri-standart kreditlərin 19 milyon 471 min manatı “qeyri-qənaətbəxş”, 10 milyon 615 min manatı “təhlükəli” və 23 milyon 737 min manatı “ümidsiz” hesab olunur. “MuğanBank” kreditlər üzrə 7 milyon 332 min manat adi, 31 milyon 810 min manat məqsədli ehtiyat yaradıb. Yəni, ehtiyatlar ödəmə vaxtı keçmiş kreditləri örtmür. Bankın 410,4 milyon manatlıq kredit portfelinin (ehtiyatlar daxil) isə təxminən 80 milyon manatının (20%-nin) ödəmə vaxtı keçib. “MuğanBank”da ödəmə vaxtı keçmiş kreditlər əsasən ticarət və fiziki şəxslərə verilmiş kreditlər üzrədir. “MuğanBank” 2018-ci ilin ilk nəticələrini açıqlayıb. Bank I rübü 1 milyon 824 min manat xalis zərər ilə başa vurub. Belə ki, Bank 2017-ci ilin 1 rübünü 515 min manat xalis mənfəətlə başa vursa da, ümumilikdə ötən ili 6 milyon 341 min manat xalis zərər ilə bağlamışdı. “MuğanBank”ın gəlirləri xərclərini ödəmir. Belə ki, Bankın 2 milyon 636 min manat əməliyyat gəlirləri 5 milyon 353 min manatlıq işçi heyətinin saxlanılması, ümumi administrativ və sair əməliyyat xərclərini bağlamağa kifayət etməyib. Nəticədə də, Bank öz kapitalından “yeyib”. Bankın cəmi balans kapitalı 69 milyon 17 min manatdan 67 milyon 192 min manata, məcmu kapitalı isə 70 milyon 316 min manatdan 68 milyon 683 min manata düşüb. Ötən ilin sonunda, bankın məcmu kapitalının qaldırılması üçün nizamnamə kapitalı 10 milyon manat artırılmışdı. “MuğanBank” 2018-ci ilin 1-ci rübündə kreditlər üzrə ehtiyyatların yaradılması 2 milyon 16 min manat ayırıb. Bu ayırma olmasaydı belə, Bankın əməliyyat gəlirləri xərclərini bağlamırdı. Əsas gəlir mənbəyi olan bankın kredit portfeli də azalıb. 2017-ci ilin sonunda müştərilərə verilmiş kreditlər 349 milyon 71 min manat ikən, 31 Mart 2018-ci ildə 342 milyon 613 min manata düşüb. Adıçəkilən bank “Odlar yurdu” universitetinin sahibi Əhməd Vəliyevdir. Əslində həmin bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların “MuğanBank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “MuğanBank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib. E.Mahmudovun əmisi oğlunun həbs edilməsi bankın çöküşünü sürətləndirib. Ə.Vəliyev müəssisəni güclə saxlamağa çalışa da, artıq qaranlıq tunelə çoxdan daxil olub. Əslində, bu bankın kimə məxsus olduğu elə bankın öz saytında yazılıb. Beləki, saytın səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir – Mehdiyev Elmir Maqbet oğlu – 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri), Vəliyeva Vəfa Əhməd qızı – 12,05 % (Əhməd Vəliyevin qızı), Mehdiyev Maqbet Rəhim oğlu – 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi) Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 % (Ə.Vəliyevin qudası) Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır. Beləliklə, aydın olur ki, “MuğanBank” Əhməd Vəliyevin hansı açıqlama verməsindən asılı olmayaraq ona və ailə üzvlərinə məxsusdur. Unikal.org yazır ki, bankın əsas himayədarı və biznes ortağı sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları – Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. İddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş.Odlar Yurdu Universitetinin tədrisində E. Mahmudovun atası akademik Əhməd Mahmudova xüsusi diqqət ayrılıb. Universitetdə Ə. Mahmudovun anadan olmasının 91-ci ildönümü təntənəli şəkildə qeyd olunub. Ali məktəbdə akademikin adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaradılıb. Həmçinin “Odlar Yurdu” Universitetinin tələbələrinə Əhməd Mahmudov adına təqaüd verilir. Geri qayıt |