Əsas Səhifə > Sosial, Manşet > Kobud başçılara "əlvida" deyiləcək...

Kobud başçılara "əlvida" deyiləcək...


10-07-2018, 10:02
Kobud başçılara "əlvida" deyiləcək...
DİA.AZ: - Yaxın vaxtlarda icra başçılarının növbəti ələmə prosesinə start veriləcək. Bu barədə DİA.AZ-a mötəbər mənbədən informasiya verilib.

Məhz Gəncədəki son olaylara diqqət çəkən bilgili qaynaq iddia edir ki, artıq "yuxarılar" vətəndaş-məmur münasibətlərində əngəlli ünvan kimi tanınan bəzi məmurlarla yollarını ayırmaq qərarını verib və onlar hakim düşərgədən çıxdaş olunacaqlar. Mənbənin dia-az.life-a söylədikləri:

"Hakimiyyət problemli məmurlardan imtina siyasətinə keçid edir. Kimsə ümumi maraqları təhlükəyə atırsa, ondan imtina olunacaq. Bu siyasət özünü gözlənilən başçı dəyişikliklərində mütləq şəkildə göstərəcək. Əslində bu siyasətə çoxdan əməl olunur. Məsələn, Yasamalın icra başçısı İbrahim Mehdiyev məhz Hacı Cavad məscidi ətrafında yaranmış qalmaqalın qurbanı kimi diqqətə gəldi".

Mənbə iddia edir ki, belə bir qalmaqallı başçılardan biri də Qaradağ RİH rəhbəri Süleyman Mikayılovdur: "Onunla bağlı qərar verilib. Yaxın günlərdə rəsmən elan olunacaq".

Geri qayıt