Əsas Səhifə > Sosial, Manşet > Naftçalada "qeybə çəkilən" 3 milyon manat...

Naftçalada "qeybə çəkilən" 3 milyon manat...


8-02-2018, 10:36
Naftçalada "qeybə çəkilən" 3 milyon manat...
Neftçaladan aldığımız məlumata görə İsmayıl Vəliyev ötən il “pambıqçıdığın inkişaf etdirilməsi” adı altında 3 milyon manatqazanıb, amma buna baxmayaraq Neftçala hələ də bayquşların uladığı xarabalığı xatırladır.

Neftçaladan Rubrika.Az saytına ünvanlanan məktubda rayonda baş alıb gedən sosial problemlərdən və icra başçısı İsmayıl Vəliyevin bu problemlərə rəğmən ancaq özünün pul kisəsini doldurmaqla məşğul olmasından bəhs olunur.

Qeyd edək ki, İsmayıl Vəliyev 7 ilə yaxındır ki, Neftçala rayonunna rəhbərlik edir. Rayona yeni təyin olunduğu vaxtlar İsmayıl Vəliyev Neftçalada böyük abadlıq işlərinə start verib. lakin bir müddət sonra bütün işlər yarımçıq qalıb. Hazırda isə Neftçalada beş il əvvəl aparılan abadlıq işləri də bərbad vəziyyətə düşüb. Neftçalada gəzən söz-söhbətə görə bu abadlıq işlərindən icra başçısı özünə əməlli-başlı sərvət də toplayıb. Lakin vaxtının çoxunu restoranlarda içki məclislərində keçirən icra başçısı dövlətin pabıqçılığı inkişaf etdirmək siyasətindən də yararlanmağı unutmayıb.

İsmayıd Vəliyev Neftçala torpaqlarını necə ələ keçirib?

Neftçaladan daxil olan şiykayət məktubunda bildirilir ki, rayona təyinat aldıqdan sonra İsmayıl Vəliyev ləcv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komiəsinin rayon şöbəsinin müdiri Mustafa Əliyevi özünün “pul kisələrindən” birinə çevirib. Məhz Müstafa Əliyevin əliylə Neftçalanın dövlət balansında olan torpaqları, həmçinin bələdiyyyə torpaqlarının böyük bir hissəsini ələ keçirib. Qeyd edək ki, Musafa Əliyevlə İsmayıl Vəliyevin “əməkdaşlığı” ilə bağlı daha əvvələr də ölkə mətbuatında yazılar dərc olunub. Məhz Mustafa Əliyevin əliylə İsmayıl Vəliyev bir çox sahibkarın torpaqlarını zorla əlindən alıb və onların təsərrüfatlarını, heyvadarlıq komplekslərini traktorlarla başlarına uçurub. Onların bu qanunsuz əməllərində Neftçaladan uzun illərdir ki, deputat seçilən Arif Rəhimzadə də köməkçi olub. Xatırladaq ki, Arif Rəhimzadə Milli Məclisin regional məsələlər komitəsinin sədridir.

Dövlət Torpaq və Xəritəçəkmə Komiəsi ləğv olunduqdan sonra isə İsmayıl vəliyev Mustafa Əliyevi rayon kənd təsərrüfat idarəsinin müdiri təyin edib və bundan sonra da İsmayıl Vəliyev Neftçala torpaqlarını zorla ələ keçirməyə davam edib.

2016 və 2017-ci illərdə rayonda pambıqçılığın inkişaf etdirlməsi ilə bağlı dövlət proqramının həyata keçirilməsi isə İsmayıl Vəliyev üçün göydəndüşmə fürsət olub. Və icra başçısı sahibkarlara olan təzyiqlərini daha da artırıb. Misal üçün şikayət məktubunda bildirilir ki, İsmayıl Vəliyev bəzi kəndlərin əkin sahələrini zolra alaraq şumlatdırıb və həmin sahələrə pambıq əkdirb. Lakin pambıqdan əldə olunan bütün gəlirləri idə icra başçısı öz cibinə qoyub. Şikayət məktubunda qeyd olunur ki, onlarla belə misallar çəkmək olar.

İsmayıl Vəliev “pul kisəsini” dəyişir

Mustafa Əliyevi özündə uzaqlaşdırmağa qərar verən İsmayıl Vəliyev onu üstündə dəlilik kağızı gəzdirən Əlihüseyn Hacıyevlə dəyişməyə qərar verir. Hələ sovet illərindən dəlilik kağızı ilə gəzən “dəli” olmasına rəğmən Əlihüseyn Hacıyev uzun illər boyu rayonda kolxoz sədri olaraq çalışıb və buna görə də pambıqçılıq sahəsində kifayət qədər təcrübəli bir adamdır. Məsələ ondadır ki, Əlihüseyn Hacıyev polis rəisi Vüsal Şəbəndiyevlə də çox yaxın münasibətlərdə olub və rəis onu “dayı”, deyə çağırır. Yəni bundan da görünür ki, polis rəisinin İsmayıl Vəliyevin pambıq biznesinə şərik olmaq niyyəti baş tutub.

İsmayıl Vəliyevin torpaqlarına təsərrüft müdiri keçən əlini-qolunu çırmalayıb torpaqların əkini ilə məşğul olmağa başlayır. Lakin “dayı”nın işi tək torpaq əkib becərməklə bitməyib. Əlihüseyn Hacıyev həmçinin rayonda pay torpaq torpaq sahiblərinə təzyiqlər edib və onlardan pul toplayıb. Belə ki, Əlihüseyn Hacıyev kəndlərdə pay torpaq sahiblərindən İsmayıl Vəliyevin adından pambıq əkmək üçün onların torpaqlarını tələb edib. Və sabiq kolxoz sədri öz tələbini onuunla əsaslandırıb ki, bu dövlətin tələbidir. Hamı torpaqlarını pambıq əkmək üçün ona verməlidir. Torpaqlarını vermək istəməyənlərlə isə Əlihüseyn Hacıyev asanlıqla anlaşıb. Şikayət məktubunda qeyd olunur ki, torpaqlarını Əlihüseyn Hacıyevə vermək istəməyənlər ona 50 manat veriblər və bu məbləğin müqabilində dəlilik kağızı gəzdirən kolxoz sədri onlardan əl çəkib. Pul vermək isməyənlərlə isə, isə “bacı oğlu” rəis məşğul olub.

Şikayətçilərin iddasına görə bu yolla Əlihüseyn Hacıyev nə az, nə çox, 3 milyon manat vəsait toplayıb və həmin məbləği İsmayıl Vəliyevə verib. Təbii ki, göstərdiyi təşəbbüs və çəkdiyi əziyyətə görə öz faizini də alıb.

Şikayətçilər tələb edir ki, həmin 3 milyonla Neftçala abadlaşdırılsın

Redaksiymıza ünvanlanan şikayət məktubunun sonunda şikayətçilər tələb edirlər ki, İsmayıl Vəliyev onlardan topladığı 3 milyon manatla Neftçalanın bərbad yollarını təmir etsin. Həmçinin şikayətçilər qeyd edirlər ki, pambıq əkinindən milyonlar qazanan icra başçısı palçıq və çamurun içində batan Neftçala bazarına da əncam eləsin. Rayon mərkəzinin antisanitar vəziyyətdə olduğunu qeyd edən şikayətçilər ümid edirlər ki, seçki ərəfəsində İsmayıl Vəliyev onların boğazından çıxardığı pullarla antisanitar vəziyyətə də son versin.

Qeyd edək ki, oxucularımız İsmayıl Vəliyevin Neftçala da pambıqçılığın inkişafı siyasəti ilə bağlı ikinci yazımızla da yaxın günlərdə tanış olacaqlar.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt