Əsas Səhifə > Sosial, Manşet > "Azərsun" "Atena"nı "Qarabağ"a görə məhkəməyə verəcək

"Azərsun" "Atena"nı "Qarabağ"a görə məhkəməyə verəcək


26-08-2017, 15:22
"Azərsun" "Atena"nı "Qarabağ"a görə məhkəməyə verəcək
"Qarabağ" FK bəyan edib ki, Klub loqosu və brendindən icazəsiz olaraq reklam xarakteri paylaşımlar, bildirişlərə qarşı hüquqi prosedur başladılacaq.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı "Azərsun" Holdinq rəsmiləri açıqlamalar verməklə bərabər, klubun rəsmi səhifəsində də məlumat paylaşılıb. Məlumata görə, klubun loqosundan sitifadə edib öz məhsulunu təqdim edən şirkətlər məhkəməyə veriləcəyinin anonsu edilib. Açıqlamada deyilir:

"Qarabağ" FK-nın Azərbaycan futbol tarixində görünməmiş uğura imza ataraq Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək bütün ölkədə böyük sevincə səbəb olmuşdur. İnsanların kütləvi şəkildə öz sevinclərini müxtəlif şəkildə göstərməsini məmnuniyyətlə qarşılayır və buna səbəb olmağın qürurunu ifadə edirik.
Amma çox təəssüf edirik ki, bəzi şirkətlər xalqın ümumi sevgisindən öz ticari maraqları üçün istifadə edərək "Qarabağ"ın adından, loqotipindən yararlanırlar. Bildirmək istəyirik ki, "Qarabağ" FK loqo və brendindən istifadə etmək hüququ sadəcə klubun sponsoru "Azersun Holdinq"ə məxsusdur. Klub loqosu və brendindən icazəsiz olaraq reklam xarakteri paylaşımlar, bildirişlərə qarşı hüquqi prosedur başladılacaqdır".

Portalımızın əldə etdiyi məlumata görə, holdinq ilk olaraq "Atena" şirkətini məhkəməyə verməyə hazırlaşır. Belə ki, "Qarabağ" futbol klubunun sponsoru, "Azərsüd"ün də istehsalçısı olan "Azərsun Holdinq" olsa da, "Atena" şirkəti qalibiyyətdən daha çox yararlanıb. "Atropatena" şirkətinin istehsal etdiyi "Atena” "Südüm sizə halal olsun" şüarını yazmaqla holdinqin istehsal etdiyi "Azərsüd" markasını marketinqdə üstələyib və bu holdinq rəhbərliyinin qəzəbinə səbəb olub.

Artıq illərdir ki, klub üçün milyonlar xərcləyən "Azərsun" holdinq "Atropatena" şirkətinin fürsətdən yararlanmasından sonra bu açıqlamanı yaymaq qərarına gəlib.

Bir çox şirkətlərlə yanaşı restoranlar da "Qarabağ"ın məlum qələbəsindən maksimum yararlanmağa çalışıblar. "Məsələn "Gate 25” adlı restoran "Qarabağ”la qürur duyuruq ifadəsini işlət, 50% endirim əldə et” şüarının yazıldığı fotonu sosial şəbəkələrdə paylaşıb. Bu da şirkətin məhkəməyə verəcəyi markalardan birinin "Gate 25" olacağını deməyə əsas verir.

Geri qayıt