Əsas Səhifə > Sosial, Manşet > Qüdrət Qurbanovla Rəşad Məmmədovun 600 minlik davası
Qüdrət Qurbanovla Rəşad Məmmədovun 600 minlik davası23-08-2017, 10:45 |
Yəqin ki, oxucular Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi, eyni zamanda “Azimport” şirkətinin keçmiş rəhbəri, bir müddət böyük korrupsiya ittihamı ilə həbs olunan və buna baxmayaraq gözlənilmədən 1 il müddətində azadlıqdan məhrum etmə cəzası alaraq azadlıca çıxan Rəşad Məmmədovu və Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovu yaxşı tanıyırlar. Xatırladaq ki, hər iki şəxs haqqında Azərbaycan mətbuatında kifayət qədər məlumatlar yayılıb. Və açığı deyək ki, bu məlumatlar heç də xoş təəssurat yaratmır. Çünki hər iki şəxs əsasən müxtəlif korrupsiya faktları ilə ittiham olunurlar və bu məlumatların böyük əksəriyyəti təkzib olunmayıb. Onu da qeyd edək ki, Rəşad Məmmədovun bir çox məsələlərdə adı məhz Qüdrət Qurbanovla birlikdə keçib. Bu qaranlıq işlərdən ən məşhuru isə məhkəmə predmetinə çevrilən və böyük ajiotaja səbəb olan “qaraj” işidir. Oxucularımızın yaddaşını təzələmək üçün qeyd edək ki, Qüdrət Qurbanov Səbail rayonunda biznes maraqları naminə “Azimport” şirkətinin keçmiş rəhbəri Rəşad Məmmədova 600 min manat verib və başqalarına məxsus olan qarajların üzərində mülkiyyət hüqüqü qazanıb. Bundan sonra isə, Xanlar küçəsi, 1 ünvanda yerləşən bir neçə qaraj qanunsuz olaraq sökülməyə və ərazitəmizlənməyə başlamışdı. Şikayətlər əsasında söküntünü həyata keçirən “Azimport” şirkətminin işçiləri hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı və belə məlum olmuşdu ki, söküntünün sifarişini verən Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovdur və Qurbanov buna görə o zaman Dövlət Bayrağı Meydanı Kompleksinin rəisi, eyni zamanda “Azimport” şirkətinin rəhbəri olan Rəşad Məmmədova 600 min manat verib. Həmin ərazidə isə Qüdrət Quqbanovun hündür mərtəbəli bina tikdirmək və həmin binanın aşağı mərtəbələrində “özəl təhsil mərkəzi” yaratmaq məqsədi güdüb. Ərazini ələ keçirmək üçünsə Dövlət Bayrağı Meydanı Kompleksinin rəisinə 600 min manat verib və elə söküntü işlərini də Rəşad Məmmədova aid olan “Azimport” şirkətinin vasitəsi ilə həyata keçirməyə çalışıb. Lakin sonradan məlum olub ki, Rəşad Məmmədov daha çox pul qazanmaq üçün Dövlət Bayrağı Meydanı Kompleksinin rəisi statusundan istifadə edərək qarajların sahiblərindən ərazini almayıbmış. Qaraj sahibləri ilə “Azimport” şirkətinin əməkdaşlarının arasında mübahisə yarandıqda isə Rəşad Məmmədovun dəllalları qaraj sahiblərinə hədə-qorxu gələrək, “dövlət əhəmiyyətli obyekt” variantına əl atıblar. Məmmədovun adamları iddia ediblər ki, buradakı qarajların sökülməsi “yuxarıların sifarişidir”. Lakin Vətəndaşları hədə-qorxu ilə aldatmağa çalışan Rəşad Məmmədovun gözlənilmədən həbsi onun “dövlətçilik” oyunlarını yarımçıq qoyub. Rəşad Məmmədov həbs olunduğu üçün, bir müddət sonra qaraj sahibləri ilə danışıqları Qüdrət Qurbanovun Ülvi adlı koməkçisi aparmağa başlayıb. Qaraj sahiblərindən biri Böyük Britaniya vətəndaşı olduğuna görə, Ülvi ilə danışıqları həmin şəxsin Bəxtiyar adlı vəkili aparır. Danışıqlar vəkilli qane etmədiyi üçün, vəkillə Ülvi arasında yenidən mübahisə qızışıb və məhkəməyə qədər gedib çıxıb. Yəni faktiki olaraq koməkçisinin yarıtmaz fəaliyyəti qaraj sahiblərini Qüdrət Qurbanovun üzərinə qaldırıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qarajların yenidən tikilib sahiblərinə qaytarmaq haqqında qərar çıxarıb müraciət edib. Lakin sonrada məhkəmənin bu qərarı yerinə yetirilməsə də, Qüdrət Qurbanov da 600 min manat verdiyi ərazini əldə edə bilməyib. Məsələnin gedişatı ilə bağlı Editor.az saytını məlumatlandıran mənbənin sözlərinə görə Rəşad Məmmədov həbsdən çıxdıqdan bir müddət sonra Qüdrət Qurbanov ondan 600 min manat pulunu geri istəyib. Mənbə bildirir ki, Rəşad Məmmədovla Qüdrət Qurbanovun köməkçisi, bir zamanlar Rəşad Məmmədova pulu verən Ülvi Həsənov görüşüb və rəisinin pulu geri istədiyini bildirib. İlk görüşdə Rəşad Məmmədov pulu olmadığını və heç bir şeyi də geri qaytara bilməyəcəyini bildirib. Mənbə bildirir ki, hazırda tərəflər bir-birini hədələməklə məşğuldurlar. Qüdrət Qurbanovun Rəşad Məmmədovdan pulunu geri ala bilmək üçün “yuxarılara” müraciət etdiyi də bildirilir. Qeyd edək ki, həbsdən azad olunduqdan sonra Rəşad Məmmədov SOCAR-da müxtəlif podrat işlərini həyata keçirir. O bildirib ki, hazırda onun Qüdrət Qurbanova 600 min manat vermək imkanı yoxdur və yaxın zamanda da bu pulu qaytara bilməz. Lakin buna baxmayaraq Qüdrət Qurbanovun müxtəlif üsullarla pulunu geri istədiyi və Rəşad Məmmədovdan bəzi mülkiyyətini satmağı tələb edir. 600 minlik davanın nəylə bitəcəyi isə məlum deyil. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. editor.az Geri qayıt |