Əsas Səhifə > Sosial, Manşet > Yevlax Gömrüyünün işçiləri QOÇULUQ EDİR

Yevlax Gömrüyünün işçiləri QOÇULUQ EDİR


19-08-2017, 12:55
Yevlax Gömrüyünün işçiləri QOÇULUQ EDİR
Mingəçevir şəhər sakini, 1980-ci il təvəllüdlü, YAP üzvü Məmişov Ramal Ağagül oğlu şəhər bazarında xırda ticarətlə məşğul olur. O, 11 avqust 2017-ci il tarixdə axşamüstü Mingəçevir bazarından çıxıb evə getdiyi zaman qəfləti “yoxlamaya”, daha doğrusu, hücuma məruz qalmışdır.

“Gündəm Xəbər”ə daxil olan müraciətdə bildirilir ki, dörd nəfər mülki geyimli şəxs onun yolda maşınının (99 BZ 397 nömrə nişanlı) qarşısını kəsərək saxladıb, sükanının arxasından sürüyüb çıxarmış, zorla öz maşınlarına əyləşdirmiş, təhqir etmiş, ona qarşı güc tətbiq etmişlər. Heç bir əsas olmadan maşınında axtarış aparan gömrük əməkdaşları cəmi 14 ədəd siqaret görüb, onu müsadirə etmişlər. Bundan sonra iki uşaq atası olan, müxtəlif ağır xəstəlikləri yaşayan Ramalı döyə-döyə Yevlax Gömrük İdarəsinə dövlət nömrəsi olan “Nissan” maşınla aparmışlar. Vətəndaşın şəxsi maşınının açarı da zorla əlindən alınıb, Yevlax şəhərinə aparılmışdır. Ramalın dediyinə görə idarədə onu yumruq və şillə altına salmış, işgəncələr vermişlər.

Axşam atası gəldikdən sonra onun tələbi ilə o, bu idarədən azad edilmişdir. Aldığı zərbələrdən halı pisləşən Ramal evə gətirildikdən sonra Mingəçevir şəhər xəstəxanasının təcili yardımı ilə xəstəxanaya çatdırılmışdır. Hazırda Ramal Məmişov Mingəçevir şəhər xəstəxanasında cərrahiyə şöbəsində müalicə olunmaqdadır. Yevlax gömrük əməkdaşlarının vətəndaşa verdikləri işgəncə ilə bağlı Prezidenti cənab İlham Əliyevə, AR Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, AR Baş Prokurorluğuna, AR DİN-ə, AR Dövlət Kömrük Komitəsinin rəhbərinə və Mingəçevir şəhər prokurorluğuna müraciət edilmişdir. Artıq məhkəmə-tibb ekspertizası öz rəyini vermişdir. Faktla bağlı araşdırıma aparılır.

Qeyd: Ramalın atası Ağagül Məmişov Yevlax Gömrük İdarəsində olarkən oğlunu gözləyən ərəfədə içəridə namaz qılmışdır. Evdən götürdüyü bütün sənədləri-yəni maşının bütün sənədlərini, YAP üzvülüyü və şəxsiyyət vəsiqəsiqələrini namaz qıldığı yerdə qoyub yaddan çıxarmışdır. Yada düşən zaman İdarə gecə bağlı olduğuna götürə bilməmiş, lakin onları xəbərdar etmişdir. Onlar isə arxayın ol, səhər götürərsən demişlər. Səhər isə orada sənədlərin olmadığını söyləmişlər.

Yevlax Gömrüyünün işçiləri QOÇULUQ EDİR
Yevlax Gömrüyünün işçiləri QOÇULUQ EDİR
Yevlax Gömrüyünün işçiləri QOÇULUQ EDİR

Geri qayıt