Əsas Səhifə > Sosial, Manşet > AYB-də döyülən şair Anara müraciət etdi

AYB-də döyülən şair Anara müraciət etdi


11-07-2017, 09:51
AYB-də döyülən şair Anara müraciət etdi
Azərbaycan Yazıçılar Birliyinin sədri cənab Anar Rzayevə!
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nərimanov rayon Asif Məmmədov küçəsi, ev 1 a-da yaşayan Kazımov Fəzail İsmayıl oğlu (Fəzail İsmayıl Böyükkişi) tərəfindən
ƏRİZƏ
Hörmətli Anar müəllim!
Məni, 60 yaşlı şairi, - vəzifəli şəxs, Azərbaycan Yazıçılar Birliyində sədrin müşaviri Rauf Aslanov, öz iş yerində- Yazıçılar Birliyinin binasında vəzifə həddini aşaraq, vəhşicəsinə döymüşdür. 1 saylı Bakı şəhər xəstəxanasının neyrocərrahiyə şöbəsinin həkiminin və 5 saylı Bakı şəhər xəstəxanasının nevrologiya şöbəsinin həkiminin verdiyi epikrizə görə kəllə -beyin travması almışam, insult olmuşam, sol gözümdə görmə, sol qulağımda eşitmə qabiliyyəti hədsiz pisləşib, bədənimin sol tərəfində uçunma və keyimədən əziyyət çəkirəm, hal-hazırda vəziyyətim olduqca ağırdır. Aldığım zərbələrin nəticəsində 2 ön dişim sınmışdır. İki aydan çox müxtəlif xəstəxanalarda amblator və staisonar şəraitdə müalicələr almışam.Rauf Aslanov, hüquq mühafizə orqanlarında çalışan şəxslərlə yaxın münasibətdə olması və buna görə də onun barəsində heç bir tədbir görülməyəcəyini mənə bildirmişdir. Elektron mətbuatdan aldığım məlumata görə Rauf Aslanov sələmçilik fəaliyyəti ilə məşğuldur və guya onun sələmə verdiyi pulların böyük hissəsinin sizə məxsus olduğunu söyləməklə Sizin haqqınızda da əsası olmayan şaiələr uydurmuşdur. Rauf Aslanov və oğlu Rasim Aslanov gizli nömrələrdən mənə zənglər edir və hədə qorxu gəlirlər. Ailə üzvlərimi oğurlatdıracağı və öldürtdürəcəyi ilə qorxudurlar. Mən bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişəm.
Hörmətli Anar müəllim!
Mən inanmıram ki, sizin kimi şəxsiyyətli, iki tanınmış Azərbaycan ziyalısının - Rəsul Rzanın və Nigar Rəfibəylinin yadigarı olan bir şəxs Rauf Aslanov kimisinə rəvac versin. Mən sizi gözəl anlayıram, (həyatda xoşagəlməz hadisələrdən biri də gözlənilməz təsadüflərdir...), amma bilməlisiniz ki, Rauf Aslanov kimi heç bir ali təhsili belə olmayan adamın ətrafınızda olması dəryalarca dərin hörmətinizin üstünə hörmət gətirmir. Yəqin, bilirsiniz ki, mən Yazıçılar Birliyində fiziki və mənəvi təzyiqə məruz qalmış birinci və sonuncu yazıçı, şair deyiləm.
Mənim əlimdə ağır beyin travması almağım barədə komputer tomoqrafiyada və EMERT aparatlarında təsdiq edilmiş mükəmməl tibbi- sənədlərim var. Əmin olun ki, mən Rauf Aslanovun lazımı cəzasını alana qədər (baxmayaraq ki, hadisələrin gedişi onun “yuxarı”dakılarla şimbioz olduğunu təsdiq edir) mübarizəmi davam etdirəcəyəm. Komputer-internet sisteminin ən müasir və üstün cəhətlərindən istifadə edərək “müşaviriniz” Rauf Aslanovun kimliyini cənab prezident İlham Heydər oğluna çatdıracağam və onun lazımınca cəzalanmasına nail olacağam.
Hörmətlə: Kazımov Fəzail İsmayıl oğlu (Fəzail İsmayıl Böyükkişi)
\\tezadlar.az\\
Geri qayıt