Əsas Səhifə > Sosial, Manşet > MTN-nin “baş torbatikəni” səksəkidə
MTN-nin “baş torbatikəni” səksəkidə6-07-2017, 11:28 |
Artıq bir neçə dəfədir ki, MTN-in İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun məhkəməsi təxirə salınır. Buna səbəb isə sabiq MTN istintaqçısının son söz deməyə hələ də hazır olmaması göstərilir. Qeyd edək ki, dövlət ittihamçısının 15 il cəza tələb etdiyi Vüsal Ələkbərov məhkəmə zalından azadlıqda qalan MTN rəhbərliyinə xüsusilə, nazirliyin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevə mesaj göndərib. O, bildirib ki, mütəşəkkil dəstənin əsas rəhbərliyi azadlıqdadır və o, son sözündə sensasion açıqlamalar verəcək. Onun son sözünü demək üçün zaman istəməsi də məhz bayırda qalan MTN rəhbərliyinə ciddi siqnal sayılmalıdır. Hələ bir neçə ay əvvəl Gununsesi.info Mövlam Şıxəliyevin həbs olunmamasının səbəbini araşdırıb. Bəlli olub ki, general azadlıqda qalması şərti ilə zərərçəkənləri razı salmalı və onlar məhkəmədə şikayətlərindən geri çəkilməlidir. Ancaq Vüsal Ələkbıərovun da bu gözləntiləri özünü doğrultmayıb. Məlum olub ki, iş üzrə zərərçəkənlərə Mövlam Şıxəliyev tərəfindən heç bir təzminat ödənilməyib. Məhz bu səbəbdən də 15 il cəza tələb olunan Vüsal Ələkbərov öz rəhbərliyini ifşa ilə hədələyir. Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, Vüsal Ələkbərovun bu hədəsi Mövlam Şıxəliyevi əməlli təfşişə salıb. Belə ki, Vüsal Ələkbərovun ifşası sabiq baş istintaqçının həbsi ilə nəticələnə bilər. Qeyd edək ki, Vüsal Əlıkbərovun işi üzrə məhkəmə iyulun 7-də davam etdirləcək. Geri qayıt |