Əsas Səhifə > Sosial, Manşet > Generalın Vergilər Nazirliyində özəl marağı
Generalın Vergilər Nazirliyində özəl marağı9-06-2017, 09:50 |
Vətəninfo.Az-a Vergilər Nazirliyindəki mənbələrdən daxil olan məlumata görə, sabiq ədliyyə generalı Aydın Qasımov Vergilər nazirliyind hüquq idarsinin rəisi olan oğlu Ramiz Qasımzadəni nazir Fazil Məmmədova müşavir qoyulması üçün qollarını çırmalayıb. Adını açıqlamaq istəməyən nazirlik məkdaşının redaksiyamıza verdiyi məlu.mata görə, hazırda Aviasiya Akademiyasında dərs deyən sabiq ədliyyə generalı itirdiyi mövqelərini oğlanlarını müxtəlif vəzifəlrə yerləşdirməklə bərpa prosesinə start verib. İddialara görə, Ramiz Qasımzadə nazirlikdə yüksək post tutmasına baxmayaraq,eyni zamanda ona məxsus hüquq şirkəti vardır və bu şirkət audit xidmətləri göstərir. Bu şirkət hətta iddalara görə, Vergilər nazirliyi ilə vergilərin ödənilməsi ilə bağlı baş verən qarşıdurmalar zamanı nazirıiklə şirkətlər arasında anlaşılmazlıqları belə aradan qaldırır.Yəni əgər vergi ödəyicisi olan şirkətlər aşkar edildikdə, bu audit şirkəti vasitəsi ilə problemlərini həll edə biləcəyi şirkətlərə bildirilir. Vətəninfo.Az bir müddət əvvəl Aydın Qasımovla bağlı məluamtlar yayımlamışdı və bu məlumatlara sabiq geniralın yenidən "DİRİLİŞ” yolu seçdiyin xatırlatmışdıq.Eyni zamanda onu da bildirmişdik ki, sabiq general bur "DİRİLİŞİ”ni oğlanlarına yüksək postlar təmin etməklə həyata keçirir. Bir oğlun Vergilər Nazirliyinə,digərin başqa bir dövlət idarəsinə yüksək postlar peşkaş çəkdirən Aydın Qasımovun bütün bunları necə və kimlərin hesabına etdiyi doğurdan da qaranlıqdı. Azərbaycan kişik bir ölkədi və bu ölkdə kimin necə və hansı şəkildə nəfəs aldığı tez bir zamanda bilinir.Bu səsəbdən də sabiq generalın oğluna müşavirlik postunu necə və hansı yollarla peşkaş çəkdirəcəyi də bəlli olacaq. Amma hələlik Ramiz Qasımzadə müşavir olma mərhələsindədir.Ola bilsin onun müşavirliyə gedən yolunda sıxıntılar da olsun.Bütün bunları yaşayıb görəcəyik. Geri qayıt |